24 dekabr prezident İlham Əliyevin ad günüdür

22:10 23-12-2019 | icon 138 | Gündəm
24 dekabr prezident İlham Əliyevin ad günüdür

O, güclüdür - rəqiblərinə baxanda bunu aydın görmək olur…

 

O, müdrikdir- işıqlı gələcəyə yol açır...

O, mərhəmətlidir- əhv etməyi bacarır…

 

Qazilərə, köçkünlərə, əlillərə, hərbiçilərə, jurnalistlərə ev verilir, üstəgəl avtomobillər- heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib…

 

Böyük işlər görülür- yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar, salınan şəhərciklər buna bariz nümunədir…

 

Yaxşıları dəyərləndirmək asandır, pisləri cəzalandırmaq çətin- “bilir ki, bilirlər” vəziyyəti anlayır, “bilir ki, bilmirlər” tez başa düşür. “Bilmir ki, bilmir”lər baş aparır…

 

Hamının sevimlisi olmaq mümkün deyil - aramızda nadanlar, xəbislər, naşükürlər var…

 

Hamını sevmək də olmur - naxələf, namərd, satqın az deyil…

 

Müstəqilliyi qorumaq çətindir- şimal, cənub, şərq, qərb. Axı qonşuların hamısı dost deyil. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da. Hələ inqilab sevdasıyla yaşayan “sapı özümüzdən olan baltalar”ı demirəm...

 

Heç bir rəhbərin əlində sehirli çubuq yoxdur- ölkə zaman-zaman dirçəlir, inkişaf edir…

 

Hər bir ölkəni təmsil edən toxunulmaz simvollar var- himn, bayraq, gerb və prezident!

 

Bu simvolların canlısı, ən cavanı, prezident İlham Əliyevi 58 yaşı münasibəti ilə təbrik edir, ona yeni ildə möhkəm can sağlığı arzulayırıq.

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xəqani Cəfərovun namizədliyi təsdiqləndi

Bu, xərçəng riskini artırır

Həsrət Rüstəmovun namizədliyi təsdiqləndi

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

İran XİN ABŞ-ın yeni sanksiyalarını qanunsuz hesab edib

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

İran Britaniyaya nota verib

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir