Cənab prezident, ölkədə çox ciddi evsizlik problemi var

14:52 24-12-2019 | icon 112 | Köşə
Cənab prezident, ölkədə çox ciddi evsizlik problemi var

Sizin hökumətiniz illərdir evsizlik problemini həll edə bilmir

 

VÜSAL QARAYEV

 

Prezident İlham Əliyev deyib ki, bəzən ölkədəki vəziyyətlə bağlı doğru məlumatı mətbuatdan alır, çünkü ətrafındakılar ona düzgün məlumat çatdırmırlar. O zaman mən də Prezidentə yardımçı olum, ona bir məlumat verim...

 

Cənab prezident, ölkədə çox ciddi evsizlik problemi var. Bilmirəm sizə necə çatdırıblar, amma sosial ev layihəsi kirayədə qalan, orta əməkhaqqı alan vətəndaş üçün xəyal oldu...

İpoteka kreditlərinin şərtləri elədir ki, sadəcə yüksək gəlirli insanlar bundan yararlana bilərlər.

 

Uzun zamandır kirayə evlərin satışa çıxarılması məsələsini atıblar ortaya, amma əslində ortada heç nə yoxdur...

 

Ətrafınız sizə yəqin düzgün məlumat verməyib, sizin hökumətiniz illərdir evsizlik problemini həll edə bilmir.

Amma həll olunası ən vacib məsələlərdəndir bu.

İnanıram bu məsələylə ciddi məşğul olacaqsınız... Mütəmadi olaraq, yüksək məmnuniyyətlə sizə ölkədəki çatışmazlıqlar barədə məlumat verəcəm...

 

Hörmətlə, bir jurnalist...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xəqani Cəfərovun namizədliyi təsdiqləndi

Bu, xərçəng riskini artırır

Həsrət Rüstəmovun namizədliyi təsdiqləndi

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

İran XİN ABŞ-ın yeni sanksiyalarını qanunsuz hesab edib

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

İran Britaniyaya nota verib

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir