Uşağı xilas etdi, özü təhlükəyə düşdü - VİDEO

08:29 25-12-2019 | icon 38 | Maraqlı
Uşağı xilas etdi, özü təhlükəyə düşdü - VİDEO

Yolda balaca uşağa pitbulun hücum etdiyini görən gənc onu itin əlindən zorla xilas edib. Hadisənin görüntüləri müşahidə kameraları tərəfindən qeydə alınıb.

 

Baş verənlər barədə “Daily Mail” xəbər yayımlayıb.

Bildirilir ki, hadisə Braziliyanın Rio de-Janeyro şəhərində baş verib. Kadrlardan görünür ki, heyvan balaca uşağın əllərini, ayaqlarını dişləyir. Bu an yaxınlıqdan keçən Patrik de-Seu cəld özünü onlara çatdıraraq uşağı xilas etməyə çalışır, onu birtəhər pitbulun caynaqlarından alaraq yaxınlıqda park edilən avtomobilin üzərinə qoyub. Lakin it ondan əl çəkməyib. Nəhayət, o da maşının üzərinə çıxmalı olur.

 

Patrikin sözlərinə görə uşaqla birlikdə yardım üçün yarım saat gözləməli olublar.

 

“Mən uşağı yerdə çapalayan görəndə qızım Lara yadıma düşdü. Qızım iki yaşındadır, ancaq boyları eyni olar. Uşağı itin əlindən almağa çalışarkən, onun boğazının heyvanın dişləri arasında olduğunu gördüm.

 

Hadisəni görəndə qeyri-iradi hərəkət etdim. Özümü qəhrəman hiss eləmirəm”, - deyə sonradan baş verənləri xatırlayan Patrik bildirib.

Hər iki zərərçəkən ciddi xəsarət alıb, yaralarına tikiş atılıb.

 

Uşağın dayəsi isə bildirib ki, heyvan gözlənilmədən qarşılarına çıxıb və skuter sürən gəncləri görəndən sonra aqressivləşib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

QURTULUŞUMUZUN QİBLƏSİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”