Bitərəflərdən 22-si namizədliyini verdi

14:32 25-12-2019 | icon 44 | Siyasət
Bitərəflərdən 22-si namizədliyini verdi

2020-ci ilin 9 fevral tarixli növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərin müəyyənləşdirilməsi, irəli sürülməsi prosesi getdikcə sürətlənir və yekunlaşmaq üzrədir.

 

Versus.Az-ın məlumatına görə, artıq əksər partiyalar, fərdi şəxslər öz namizədlərini və namizədliklərini açıqlayıb, müvafiq Dairə Seçki Komissiyalarına (DSK) müraciət edib və imzatoplama kampaniyasına başlayıblar.

 

Namizədliyini yenidən irəli sürənlər arasında bitərəf millət vəkilləri də var.

 

Qeyd edək ki, 5-ci çağırış Milli Məclisdə (MM) ümumən 39 bitərəf deputat təmsil olunurdu. Lakin bitərəflərdən Fuad Muradovun, Rövşən Rzayevin və Elşah Həsənovun yüksək vəzifəyələrə təyin olunmaları ilə bağlı onların deputatlıq fəaliyyəti avtomatik olaraq, dayanıb, həmçinin, bu ilin payız sessiyasında millət vəkili Rafael Cəbrayılovun deputatlıq səlahiyyətlərinə xitam verilib.

 

Yerdə qalan 35 bitərəf deputatdan artıq 22-sinin yenidən seçkilərə qatıldığı tam bəllidir və həmin millət vəkilləri bunlardır:

 

Ziyad Səmədzadə, Jalə Əliyeva, Zahid Oruc, Əflatun Amaşov, Sahib Alıyev, Azay Quliyev, Adil Əliyev, Ülvi Quliyev, Çingiz Qənizadə, Eldar Quliyev, Novruz Aslanov, Qənirə Paşayeva, Rasim Musabəyov, Hacı Madər Musayev, Bəxtiyar Əliyev, Fəttah Heydərov, Səttar Möhbalıyev, Musa Qasımlı, Kamran Nəbizadə, Vahid Əhmədov, Rüfət Quliyev, Azər Kərimli.

 

Hacı Salayevin də namizədliyini irəli sürəcəyi bildirilir.

 

Namizədliyini yenidən irəli sürməyən 4 deputat isə bunlardır: Elmira Axundova, Flora Qasımova, Mahir Aslanov və Elxan Süleymanov.

 

Eyni zamanda, SSRİ Xalq artisti Zeynəb Xanlarova və vitse-spiker Valeh Ələsgərovun adları namizədliklərini irəli sürməyəcək bitərəf deputatlar arasında çəkilir.

 

Qalan 6 bitərəf deputatla bağlı isə hələlik heç bir məlumat yoxdur, onların namizədliklərini yenidən irəli sürüb-sürməyəcəkləri ilə hansısa açıqlamaları mövcud deyil.


Həmin millət vəkilləri bunlardır: Gövhər Baxşəliyeva, Aqil Abbas, Aytən Mustafayeva, Əli Məsimli, Ülviyyə Ağayeva  Cavanşir Feyziyev.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ