“Qış Nağılı 2019” adlı "Kids Fashion Show" yarışması keçirilib

06:32 26-12-2019 | icon 65 | Mədəniyyət
“Qış Nağılı 2019” adlı "Kids Fashion Show" yarışması keçirilib

“Pullman Hotels and Resorts” otelində “ Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Qış Nağılı 2019” adlı Kids Fashion Show yarışması keçirilib.

 

Versus.Az xəbər verir ki, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak etdi. “Qış Kolleksiyası“ a həsr olunmuş tədbirdə 70 model və 10modelyer iştirak etdi. Modellərin 40 qız, 30 oğlan idi. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak etdi.

 

Münsiflər heyətinin sədri ənənəvi olaraq tanınmış modelyer-dizayner Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova idi. Münsiflər heyəti: Sahibkar Qadınlar İctimai Birliyi sədri Zemfira Ağayeva, Xalq artisti Məleykə Əsədova, "Yes" Moda Evinin rəhbəri, modelyer-dizayner Yeganə Sadixova, müğənni Yaşar Yusub, Azerbaijan Best Model 2004-n qalibi İlqar Əliyev, "Buta" körpələr evi, uşaq bağçası rəhbəri Günay Ağamali, Kids Best Model Azerbaijan qalibi Amira Səfərova.

 

“Star Kids Group” direktoru Aygün Əliyev:

"Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır!"

 

Ən yaxşıları müxtəlif nominasiyarda mükafatlandırıldı.

 

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ

79 saylı İmişli seçki dairəsindən namizəd - RAZİ NURULLAYEV

105 saylı Tovuz seçki dairəsindən namizəd - QƏNİRƏ PAŞAYEVA

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizəd - ƏLİSAHB HÜSEYNOV

ƏLİSAHİB HÜSEYNOV başladı!

95 saylı Tərtər Seçki Dairəsindən namizəd - TAMİLLA QULAMİ

ELMAN ELDAROĞLUNUN "NEYTRAL MÖVQE"Yİ

32 saylı Suraxanı seçki dairəsindən namizəd - EHTİRAM MEHTİYEV

MAHİR ABBASZADƏ seçicilərlə görüşlərə Sumqayıtdan start verdi

Razi Nurullayevin seçki PLATFORMASI