“Mənəm, mən...” adlı tamaşanın premyerası olub

14:09 27-12-2019 | icon 45 | Mədəniyyət
“Mənəm, mən...” adlı tamaşanın premyerası olub

Azərbaycan Dövlət “Yuğ” Teatrında “Mənəm, mən...” adlı tamaşanın premyerası olub.

 

Versus.Az xəbər verir ki, tədbirdə dövlət və hökumət üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Səhnə əsərinin nümayişindən öncə rejissor Mehriban Ələkbərzadə çıxış edərək tamaşa haqqında məlumat verib. Bildirib ki, səhnə əsəri böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə hazırlanıb. Vurğulayıb ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşanın janrı mistik-psixoloji dramı kimi təyin edilib.

 

Ölkəmizdə “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlərdən bəhs edən rejissor, hazırkı premyeranın da reallaşan tədbirlərin davamı olduğunu qeyd edib. Səhnə əsərinin yaradıcı heyətini tədbir iştirakçılarına təqdim edən M.Ələkbərzadə tamaşanın repertuarında xüsusi yer tutacağına əminliyini ifadə edib.

Sonra tamaşa nümayiş olunub.

 

Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış ediblər.

 

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Güllü Yoloğlunun güzgüsü

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət

228 cütlük nikahın pozulmasından imtina edib

77 saylı Astara seçki dairəsindən namizəd - RƏŞAD MAHMUDOV

Molla yanında oturan mürdəşir olar

61 saylı Neftçala Seçki Dairəsindən namizəd - SABİR RÜSTƏMXANLI

Orta, kiçik tibb və qeyri-tibb işçilərinin maaşları artırılacaq

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

Bakı xanları evində virtual muzey istifadəyə veriləcək

Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur