Biləsuvar ərazisində sərhəd pozuntusu

14:17 27-12-2019 | icon 42 | Hadisə
Biləsuvar ərazisində sərhəd pozuntusu

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam edir.

 

Dövlət Sərhəd Xidmətindən Versus.Az-a verilən məlumata görə, cari ilin 20 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

 

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq havanın qaranlıq və ərazinin kolluq olmasından istifadə edərək geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, nəticədə 2 ədəd çanta içərisində ümumi çəkisi 13 kq narkotik vasitə (1 kq 355 q “marixuana”,6 kq “heroin”, 4 kq 265 q “metamfetamin”, 1 kq 340 q “tiryək” və 990 ədəd “Preqabalin - 150”, 300 ədəd “Tramadol FM-40” markalı həbb) aşkar olunaraq götürül­üb.

 

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində 4 nəfər Biləsuvar rayonunun Zəhmətabad kənd sakini şübhəli şəxs qismində saxlanılıblar.

 

23 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Res­publikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınmışdır. Nəticədə hadisə yerində 24 kq 765 q narkotik vasitə (4 kq 065 q “heroin”, 20 kq 700 q “tiryək”) aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Versus.Az

Xəbər lenti

TAMİLLA QULAMİnin seçicilərlə növbəti görüşü Köçərli kəndində oldu - FOTO

"Birlikdə gözəlləşdirəcəyik bu məmləkəti, ÜMİD...lə"

Prezident Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi barədə tapşırıq verib

MAHİR ABBASZADƏnin seçicilərlə növbəti görüşü Qobu park yaşayış kompleksində keçirildi - FOTO

DADP sədri qardaş Türk xalqına başsağlığı verdi

FUAD ƏLİYEV seçiciləri ilə görüşüb - FOTO

İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur

Putindən fələstinli əsgərə böyük jest - VİDEO

Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

Rusiyanın himni daha bir ərəb ölkəsində səhv səsləndirildi - VİDEO

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

O, dünya miqyasında da dövlətimizin maraqları naminə çalışıb - FOTO

Hafiz Hacıyev YAP-dan olan rəqibi ilə bağlı xalqa müraciət etd - VİDEO

"Heç kimi özümə rəqib görmürəm"

RƏŞAD MAHMUDOV növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO

RƏŞAD MAHMUDOVun seçicilərlə görüşü davam edir - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

ELMAN ELDAROĞLUNUN "NEYTRAL MÖVQE"Yİ

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd - TALEH ŞAHSUVAROV

FUAD ƏLİYEV təşviqat kampaniyasına start verdi

Azərbaycanlı bloqer sərvətini nümayiş etdirdi - VİDEO

İslahatlara könüllü hə – deyin ki, hər şey könlünüzcə olsun!..

26 saylı Sabunçu Birinci seçki dairəsindən namizəd - FUAD ƏLİYEV

Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub

Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edir

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

QURTULUŞUMUZUN QİBLƏSİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Razi Nurullayevin vəkilləri İmişlidə - FOTOLAR