BSU-da “Həmid Araslı-110” adlı tədbir keçirilib

14:29 27-12-2019 | icon 223 | Təhsil
BSU-da “Həmid Araslı-110” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral, 2019-cu il tarixli Sərəncamına əsasən görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Araslının anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq respublikamızda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq və Ədəbiyyat nəzəriyyəsi şöbələrinin təşkilatçılığı ilə “Həmid Araslı-110” adlı tədbir keçirilib.

 

Universitetdən Versus.Az-a verilən məlumata görə, tədbirdə professor Tahirə Məmməd, professor Nizami Məmmədov, dosent Təhminə Bədəlova Həmid Araslının çoxcəhətli elmi yaradıcılığı, məhsuldar pedaqoji fəaliyyəti, eyni zamanda ölkənin mədəni-ictimai həyatında yaxından iştirakı barədə məruzələrlə çıxış ediblər. Çıxışlarda bildirilib ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir.

 

Qeyd edilib ki, Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlamış, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf etmiş, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlamışdır.

 

Sonra çıxış edən Həmid Araslının qızı, AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı tədbirin təşkilinə görə Bakı Slavyan Universitetinin rəhbərliyinə və iştirakçılara dərin minnətdarlığını bildirib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

 

Tədbirin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

QURTULUŞUMUZUN QİBLƏSİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”