ADP: Bu kadr dəyişikləri sosial-iqtisadi durumu tezliklə yaxşılaşdırmayacaq

15:30 24-04-2018 | icon 101 | Siyasət
ADP: Bu kadr dəyişikləri sosial-iqtisadi durumu tezliklə yaxşılaşdırmayacaq

  

Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

 

Versus.Az-ın məlumatına görə, toplantı iştirakçıları ilk öncə Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılması məsələsinə münasibət bildirib. Qeyd olunub ki, ölkədəki hazırkı status-kvonun saxlanmasına xidmət edən yeni kadr dəyişikləri ölkədə yaranmış sosial-iqtisadi durumun tezliklə yaxşılaşdırılmayacağından xəbər verir və bu kosmetik dəyişiklər əsaslı islahatların keçirilməsinə stimul verə bilməz.

 

İdarə Heyəti Ermənistanda davam edən etirz aksiyalarına da münasibət bildirib. Qeyd edilib ki, etirazın arxasında ölkənin gələcək həyatını Qarabağ siyasətinin əsirinə çevirən, adı çəkilən ölkəni yarıtmaz siyasəti ilə transmilli layihələrdə iştirakdan məhrum edən, Ermənistanı Rusiyanın caynağında məhv edən S.Sarkisyanın xalqa qarşı yönəlik səbatsız fəaliyyəti durur.  Partiya rəsmiləri hazırkı rejim əleyhinə yönəlmiş və əsas hədəfi ölkəni Rusiyanın boyunduruğundan xilas etmək olan bu hərəkatı təqdir edib və beynəlxalq təşkilatları Ermənistanda başlayan xalq hərakatına həssas münasibət sərgiləməyə çağırıblar.

 

İdarə Heyəti qardaş Türkiyədə erkən seçkilərə gedilməsi ilə bağlı yaranan gərginliklərdən, Türkiydə sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələrin bu gərginlikdən yararlanıb məkrli planlarını həyata keçirmək istəyindən narahatçılığını ifadə edib, eyni zamanda bu seçkilərin Türkiyə dövlətinin siyasi istiqlalının daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

 

Toplantıda Almaniyada mühacirətdə olan Milli Məclisin keçmiş üzvü Hüseyn Abdullayevin Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməsi məsələsinə də toxunulub. Hesab edilib ki, bu hadisə siyasi sifarişlə beynəlxalq hüquq normalarına zidd şəkildə həyata keçirildiyindən heç bir halda təqdir oluna bilməz.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib