Bu il zorakılığa məruz qalan qadınların sayı açıqlanıb

18:28 28-12-2019 | icon 46 | Cəmiyyət
Bu il zorakılığa məruz qalan qadınların sayı açıqlanıb

2019-cu il ərzində ölkə üzrə 1221 qadına qarşı zorakılıq faktı törədilib.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib.

 

Onun sözlərinə görə, bunlar Daxili İşlər Nazirliyi tərəfindən rəsmi qeydə alınan cinayətlərdir:

“Yəni bu o demək deyil ki, il ərzində sadəcə bu qədər qadın zorakılığa məruz qalıb. Zorakılıq faktları ilə üzləşən bəzi qadınlar hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Elə qadınlar var ki, aylarla zorakılığa dözürlər, bu barədə hüquq-mühafizə və aidiyyəti icra hakimiyyəti orqanlarına müraciət etmirlər”. 

 

R.Süleymanzadə qeyd edib ki, 2015-ci ildən məişət zorakılığı ilə bağlı bütün rayonların icra hakimiyyətlərində monitorinq qrupları yaradılıb: 

“Monitorinq qruplarının yaradılmasında məqsəd rayonlarda baş vermiş hadisə və xüsusilə qadınlara və uşaqlara qarşı törədilmiş zorakılıqlarla bağlı dərhal təxirə salınmadan iclasların keçirilməsi, hadisəyə yerində qiymətin verilməsidir. 2015-ci ildən yaradılan monitorinq qrupları ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif layihələr çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilir. Monitorinq qruplarının əsas məqsədi yerlərdə baş vermiş zorakılığın araşdırılması və dərhal hüquqi müstəvidə həll olunmasından ibarətdir. Rayon icra hakimiyyəti başçısının müavini, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, eyni zamanda Komitənin nümayəndələri monitorinq qrupunun üzvləridir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xəqani Cəfərovun namizədliyi təsdiqləndi

Bu, xərçəng riskini artırır

Həsrət Rüstəmovun namizədliyi təsdiqləndi

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

İran XİN ABŞ-ın yeni sanksiyalarını qanunsuz hesab edib

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

İran Britaniyaya nota verib

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir