Sami Yusuf Azərbaycana həsr etdiyi mahnısını təqdim etdi - VİDEO

00:49 29-12-2019 | icon 55 | Mədəniyyət
Sami Yusuf Azərbaycana həsr etdiyi mahnısını təqdim etdi - VİDEO

 

Dünyaca məşhur, əslən Cənubi Azərbaycandan olan müğənni Sami Yusuf “Youtube” rəsmi kanalında “Azərbaycan” adlı bəstəsini təqdim edib.

 

Versus.Az xəbər verir ki, sözügedən mahnını Sami tək deyil, duet şəklində Əməkdar artist Sevda Ələkbərzadə ilə birgə ifa edib. Bununla yanaşı, bəstədə aşıq vokal hissəsini Əməkdar artist Samirə Əliyeva, muğam parçalarını Əməkdar artist Təyyar Bayramov və Kənan Bayramlı səsləndirib. 

 

Qeyd edək ki, yayımlanan videogörüntü iyunun 30-da Bakıda Heydər Əliyev Mərkəzində baş tutan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasiminin bədii hissəsindəndir. Həmin tədbirdə Sami Yusufun Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin yazdığı “Sığmazam” qəzəlinə oxuduğu mahnı izləyicilər tərəfindən rekord baxış toplayıb. 


Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ