Baş nazir qaydaları təsdiq etdi

09:57 30-12-2019 | icon 34 | Siyasət
Baş nazir qaydaları təsdiq etdi

“Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması Qaydası”ı təsdiq edilib.

 

Versus.Az-ın məlumatına görə, Baş nazir Əli Əsədov tərəfindən təsdiq edilən Qaydalara əsasən, Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsi ilə müəyyən edilən binalarda yerləşdirilərkən, birmərtəbəli və çoxmərtəbəli binaların memarlıq xüsusiyyətləri aşağıdakı qaydada nəzərə alınmalıdır:

 

Birmərtəbəli binada Dövlət Gerbinin təsviri (diametri 0,5 metr olmaqla) binanın əsas girişi tərəfindən örtük səviyyəsində və ya frontonunda və ya binanın giriş günlüyünün üzərində yerləşdirilir;

hündürlüyü 20 metrədək olan iki, üç, dörd, beş mərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində və ya frontonunda (diametri 1 metrdən 1,5 metrədək) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir;

hündürlüyü 30 metrədək olan altı, yeddi, səkkiz, doqquz mərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində və ya frontonunda (diametri 1,5 metrdən 2,0 metrədək) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir;

hündürlüyü 30 metrdən yuxarı olan çoxmərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində (diametri 3,0 metr və daha çox olmaqla) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ