Sabah şəhərdaxili marşrutlar gecəyədək işləyəcək

10:09 30-12-2019 | icon 107 | Gündəm
Sabah şəhərdaxili marşrutlar gecəyədək işləyəcək

Bakıda dekabrın 31-də şəhərdaxili marşrutlar gücləndirilmiş rejimdə işləyəcək.

 

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtda keçiriləcək bayram şənlikləri ilə əlaqədar, müntəzəm marşrut xətləri üzrə avtobuslar qeyd olunan tarixdə gecə saat 01:00-dək fəaliyyət göstərəcək:

 

"Bunu nəzərə alaraq, vətəndaşlara bayram tədbirlərinin keçirildiyi məkanlara ictimai nəqliyyatdan istifadə etməklə getmələrini tövsiyə edirik. Bu cür mədəni kütləvi tədbirlər zamanı şəxsi nəqliyyat vasitəsindən daha az istifadə olunması hər kəsin mənzil başına daha tez, rahat və maneəsiz çatmasına imkan verir.

 

Vətəndaşlarımızdan anlayış göstərərək ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik.

 

Bundan əlavə, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən dekabrın 31-i gecə saatlarında, xüsusən də mərkəzi küçə və prospektlərdə sıxlığın aradan qaldırılması məqsədi ilə svetoforlarda yaşıl dalğa tətbiq ediləcək.

 

Həmçinin, əhalinin rahat hərəkətini təmin etmək üçün gün ərzində qanunsuz parklanmaya nəzarət həyata keçiriləcək.

 

Ümumilikdə isə bayram tətili günlərdə nəqliyyatın işinə nəzarəti təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi fəaliyyətini xüsusi rejimdə davam etdirəcək.

 

Sürücülərdən xahiş edirik ki, avtomobillərini dayanma-durmanın qadağan olunduğu yerlərdə saxlayaraq digər hərəkət iştirakçılarına mane olmasınlar.

 

Unutmayaq ki, biz yollarda tək deyilik və həmrəy olub birbirimizə anlayışla yanaşaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ