Aİİ-də əməkdaşlara, tələbələrə təşəkkürnamələr təqdim olunub

10:37 30-12-2019 | icon 209 | Təhsil
Aİİ-də əməkdaşlara, tələbələrə təşəkkürnamələr təqdim olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) rəhbərliyin, müəllim və tələbə heyətinin iştirakı ilə ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

 

İnstitutdan Versus.Az-a verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib. O bildirib ki, ölkəmizdə elm və təhsilin inkişafı, peşəkar kadrların hazırlanması və potensialının gücləndirilməsi vacib məsələlərdəndir.

 

Ulu öndər Heydər Əliyevin elm və təhsilimizin, mədəniyyətimizin inkişafındakı misilsiz tarixi xidmətlərindən bəhs edən rektor Ümummilli Liderin siyasi xəttini hazırda Prezident cənab İlham Əliyevin əzmlə və böyük uzaqgörənliklə davam etdirdiyini bildirib.


C.Məmmədov 2019-2020-ci tədris ilinin birinci yarımilinin yekunlarından danışarkən qeyd edib ki, beynəlxalq standartlara uyğun və dövlətin perspektiv tələbləri əsasında təhsilin səviyyəsini təmin etməyə çalışırıq və düşünürəm ki, qismən buna nail olmuşuq.

 

Aİİ rektoru cari ildə keçirilən konfrasların, seminarların, “dəyirmi masa”ların, görüşlərin, təlimlərin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, belə tədbirlər tələbələrimizin inkişafında xüsusi əhəmiyyət kəsb edir. C.Məmmədov, həmçinin İnstitut kollektivinin uğurlarından olan çap edilən kitablar, elmi əsərlər, qəzet və jurnallar haqqında söhbət açıb. Bildirib ki, cari il ərzində ali təhsil müəssisəsi müəllim və əməkdaşlarının əməyi sayəsində 15-ə yaxın kitabın nəşri həyata keçirilib.

 

Rektor gənclərin savadlı, geniş dünyagörüşə malik yetişməsinin qarşıda duran vacib məsələlərdən olduğunu vurğulayıb.

 

Aİİ rəhbəri daha sonra qeyd edib ki, hər bir gəncin qarşısında ölkənin hərtərəfli uğurlu inkişafına öz töhfəsini vermək kimi müqəddəs vəzifə dayanır. O bildirib ki, dövlətçiliyimizin möhkəmləndirilməsində məqsəd və amalı sarsılmaz olan vətənpərvər, Vətənə sevgi ruhunda tərbiyə olunan gənc nəslin formalaşdırılmasına töhfələr verməkdir.

 

İclasın sonunda iş fəaliyyətində fərqlənən İnstitut əməkdaşlarına və ali təhsil müəssisəsinin ictimai həyatında fəal olan tələbələrə təşəkkürnamələr təqdim olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ