Atəşkəs 22 dəfə pozuldu

11:50 01-01-2020 | icon 73 | Qarabağ
Atəşkəs 22 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

 

Müdafiə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

 

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ