Uşaqlarla bağlı yeni qaydalar qüvvəyə mindi

12:18 01-01-2020 | icon 86 | Cəmiyyət
Uşaqlarla bağlı yeni qaydalar qüvvəyə mindi

Gələn il yanvarın 1-dən uşaq verilişlərində yayılan reklamların uşaqların yaş kateqoriyasına uyğun olması tələbi qoyulacaq.

 

Versus.Az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyev tərəfindən yeni təsdiqlənən "Reklam haqqında" qanunda öz əksini tapıb.

 

Qanuna edilən yeni əlavəyə əsasən, bu gündən uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

 

Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilməyəcək.

 

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əsasən, internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.

 

"Təhsil haqqında" qanuna edilən yeni əlavəyə əsasən, bu gündən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilməyəcək.

 

"Məktəbəqədər təhsil haqqında" Qanuna edilən əlavəyə əsasən, yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ

79 saylı İmişli seçki dairəsindən namizəd - RAZİ NURULLAYEV

105 saylı Tovuz seçki dairəsindən namizəd - QƏNİRƏ PAŞAYEVA

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizəd - ƏLİSAHB HÜSEYNOV

ƏLİSAHİB HÜSEYNOV başladı!

95 saylı Tərtər Seçki Dairəsindən namizəd - TAMİLLA QULAMİ

ELMAN ELDAROĞLUNUN "NEYTRAL MÖVQE"Yİ

32 saylı Suraxanı seçki dairəsindən namizəd - EHTİRAM MEHTİYEV

MAHİR ABBASZADƏ seçicilərlə görüşlərə Sumqayıtdan start verdi

Razi Nurullayevin seçki PLATFORMASI