Əlilliyin müəyyən olunmasının yeni meyarları qüvvəyə minib

12:33 01-01-2020 | icon 119 | Cəmiyyət
Əlilliyin müəyyən olunmasının yeni meyarları qüvvəyə minib

Azərbaycanda bu gündən əlilliyin müəyyən olunmasının yeni meyarları qüvvəyə minib.

 

Versus.Az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Əlilliyin müəyyən olunması meyarları" Beynəlxalq Səhiyyə Təşkilatının XBT əsasında xəstəliklərin bölgüsünün aparılması, insan orqanizminin funksiyalarının sabit pozuntularının geniş və təfsilatlı təsvirinin verilməsi, insan orqanizminin funksiyalarının sabit pozuntularının 10-100% diapazonunda qiymətləndirilməsi və bundan irəli gələrək FBT əsasında özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə, əmək fəaliyyəti bacarıqları kmi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə əlilliyin müəyyən olunmasına dair meyarları özündə ehtiva edir.

 

Əvvəlki meyarlara görə əlilliyi olan şəxslərə l, ll və lll dərəcə təyin olunub və l dərəcəyə aid olan  vəziyyəti ağır, kənar şəxsin qulluğuna ehtiyacı olan xəstələrlə,  kənar şəxsin daimi  qulluğundan tam asılı olan xəstələr arasında heç bir fərq olmayıb. Yeni meyarlar xəstəliyin ağırlığını, gedişatın formasını, prosesin aktivliyini, kəskinləşmələrin tezliyini, patoloji prosesin baş verdiyi orqanların əhatə dairəsini daha obyektiv qiymətləndirməyə imkan verəcək. Meyarlar həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcəsi nəzərə alınaraq daha obyektiv qiymətləndirmə aparmağa imkan yaradacaq. Beləliklə, insan orqanizminin funksiya pozuntusu haqqında dəqiq qərar çıxarılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xəqani Cəfərovun namizədliyi təsdiqləndi

Bu, xərçəng riskini artırır

Həsrət Rüstəmovun namizədliyi təsdiqləndi

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

İran XİN ABŞ-ın yeni sanksiyalarını qanunsuz hesab edib

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

İran Britaniyaya nota verib

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir