Bir sıra vacib qərarlar qəbul olunub

09:30 02-01-2020 | icon 50 | Mədəniyyət
Bir sıra vacib qərarlar qəbul olunub

Ötən il milli kinematoqrafiyamızın inkişafı ilə bağlı...

 

Ötən il kinematoqrafiya sahəsində bir sıra mühüm işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması tapşırılıb.

 

Versus.Az-ın məlumatına görə, bu məqsədlə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu yaradılıb. Ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara müvafiq məktublar göndərilərək sözügedən Konsepsiya ilə bağlı təkliflərini nazirliyə təqdim etmək xahiş olunub. Təqdim olunan təkliflər vaxtaşırı olaraq müəlliflərin iştirakı ilə İşçi Qrupu tərəfindən müzakirə edilib. Bundan əlavə, Konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə İşçi Qrupunun üzvləri Litva, Macarıstan və Gürcüstanda səfərlərdə olub, bu ölkələrin kino sənayesinin iştirakçıları ilə görüşlər keçirib, kinematoqrafiya sahəsindəki vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələrini təhlil edib. Bütün təkliflər nəzərə alınmaqla hazırlanan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi ölkə başçısına təqdim olunub. Daha sonra Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə Konsepsiya layihəsinə aidiyyəti dövlət qurumlarında baxılıb, rəy və təkliflər verilib. Sözügedən rəy və təkliflər nəzərə alınaraq aidiyyəti qurumlarla razılaşdırılmış “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

 

Sözügedən Sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə martın 20-dən iyunun 20-dək bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi keçirilib, müsabiqəyə hər hansı janr məhdudiyyəti olmadan vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında ssenarilər qəbul edilib. Hazırda müsabiqəyə təqdim olunan 200-dək film layihəsindən münsiflər heyəti tərəfindən seçilmiş qalib ssenarilər əsasında filmlərin istehsalına başlanılıb.

 

Noyabrın 1-dən isə növbəti bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunub. Müsabiqəyə ssenari qəbulu başa çatıb və təqdim edilən 80-dək layihənin qiymətləndirilməsi üzərində işlər davam etdirilir.

 

Hesabat dövründə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Daxildəki ada” tammetrajlı, “Rəqs”, “Soraq” (“Salam”), “Estakada”, “Naməlum dahi”, “Dan yeli” (“Protez”) qısametrajlı bədii filmlərinin, “Yadelli nağıllar” (“Azərbaycan musiqisi və erməni plagiatı”) sənədli filminin, “Salnaməfilm” studiyasında “20 Yanvar” (“Silahdaşlar”), “Memar” (“Azərbaycan memarı Elbay Qasımzadə”), “Şəki” və “Saxurlar” sənədli filmlərinin, 3D formatda olan “Cırtdan və Sehrli xalat” cizgi filminin, “Mozalan” studiyasında isə “Əlvida, Şmidt!” tammetrajlı bədii filminin istehsalı başa çatdırılıb.

 

“Azərbaycanfilm”də “Quyu”, “Titrəmə” və “Sizə məktub var” qısametrajlı bədii filmlərinin, “Salnaməfilm” studiyasında “Köç” sənədli filminin, “Azərbaycanın Milli qəhrəmanları” sənədli filmlər silsiləsindən növbəti filmlərin istehsalı davam etdirilib.

 

Bundan əlavə, “Azərbaycanfilm” kinostudiyasında “Manpası qutusu”, “Yüksəliş. Yaradanın adı ilə... “Xoş sonluqlu faciə”, “Məryəm”, “Molla Nəsrəddin – çətin günlərimin dostu”, “Kariatida”, “Görmə qüsuru” adlı tammetrajlı bədii filmlər, “Salnaməfilm” studiyasında “Mirzə Cəlilin Azərbaycanı”, “Yaradanlar”, “Malakanlar”, “Ləzgilər”, “Ulduzların keşikçiləri” (Rusiya ilə birgə), “Ada” sənədli filmləri, “Azanfilm” studiyasında “Oğurlanmış Bahar”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filmləri, “Debüt” studiyasında isə “Ailəvi şəkil” qısametrajlı bədii filmi istehsala buraxılıb. Həmçinin Azərbaycan Dövlət Film Fondunda mayın 24-də Xan Babayevin 100, iyunun 14-də Məlik Dadaşovun 95, iyunun 21-də Amaliya Pənahovanın 74, sentyabrın 10-da Niyazi Bədəlovun 110, oktyabrın 11-də Şamil Mahmudbəyovun 95, dekabrın 16-da Fikrət Əliyevin 80 illiyi ilə əlaqədar anım tədbirləri keçirilib.

 

Nazirliyin dəstəyi ilə müstəqil ictimai təşkilatlar tərəfindən sentyabrın 2-dən 5-dək “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalı, noyabrın 6-dan 9-dək 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı, noyabrın 18-dən 20-dək II Animafilm Beynəlxalq Animasiya Festivalı təşkil olunub.

 

Kinomuzun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər görülüb, sentyabrın 21-dən 28-dək Özbəkistanda Azərbaycan Kinosu Günləri təşkil olunub, son illər çəkilən bədii, sənədli və animasiya filmlərimiz beynəlxalq kinofestivallarda ölkəmizi təmsil edib.

Xəbər lenti

Nənənin nəvələrini öldürüb, daha sonra intihar etməsi ilə bağlı məlumat yayıldı

Bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir

RAZİ NURULLAYEV qələbə qazansa seçiciləri qurban kəsəcəklər - FOTO

QƏNİRƏ PAŞAYEVA Qaraxanlı kənd sakinləri ilə də görüşdü - FOTO

Qadın iki azyaşlı nəvəsini öldürəndən sonra intihar edib

Masallıda qətlə yetirilən qızın əri tutuldu

Masallıda 16 yaşında ərə verilən qız öldü

Yerli və beynəlxalq müşahidəçilərin sayı bəlli oldu

Gənc kulinarların üçüncü şirniyyat festivalı keçirilib

Şagirdlərin qısnanma hallarına görə 20 nəfər cəzalandırılıb

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri ABŞ səfiri ilə görüşüb

Dağlıq Qarabağ və “Aland modeli”ndən bəhs edən kitabın təqdimatı keçirilib

Xaricdən Azərbaycana könüllü qayıtmış şəxslərə avtomobillər bağışlanıb

O, instaqramda izləyicisi 200 milyona çatan ilk şəxs olub

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir

"İçərişəhər" yarımstansiyası yenidən qurulur

İran yenidən silkələndi

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Güllü Yoloğlunun güzgüsü

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət

228 cütlük nikahın pozulmasından imtina edib

77 saylı Astara seçki dairəsindən namizəd - RƏŞAD MAHMUDOV

Molla yanında oturan mürdəşir olar

61 saylı Neftçala Seçki Dairəsindən namizəd - SABİR RÜSTƏMXANLI

Orta, kiçik tibb və qeyri-tibb işçilərinin maaşları artırılacaq

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

Bakı xanları evində virtual muzey istifadəyə veriləcək

Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur

Şuşa qalası erməniləşdirilir...

Məşhur rus həkimdən “antixərçəng” çay– Hazırlanma qaydası