İGİD TEYMURLU yazır: Sevgidən yaranan nifrət

10:23 04-01-2020 | icon 349 | Köşə
İGİD TEYMURLU yazır: Sevgidən yaranan nifrət

“Zyalılıq”da üzə çıxmayan metastazlar

 

Mən Azərbaycanın ziyalı təbəqəsinə həm də nifrət edirəm, özü də gərəkəndə böyük nifrət... Heç bilirsiniz niyə? Bax elə bütün bunları bilmədiyinizə görə... Çünki ziyalı dediyimiz əslində baş verəcəkləri önləməyi bacarmalıdır. Ancaq biz bu gün həm də ziyalı təbəqəsinin üzə çıxmayan metastazlarıyla qarşılaşırıq. Bu gün Azərbaycanın SEÇİLMİŞLƏRİnə atılan mətbu daşları görən "ziyalı" təbəqəsinin əksər üzvləri başını tutub kol dibinin kölgəsində gizlənirlər. Kölgədə olanın kölgəsi olmaz, atam balası!..

 

Halbuki hansısa SEÇİLMİŞə atılan daşa görə, həmin SEÇİLMİŞin özündən də öncə anındaca veriləcək cavablar digər ziyalılar tərəfindən olmalıdır. İctimai qınaq deyilən formatın işlək hala gəlməsini ziyalılar formalaşdıra bilmirlərsə, demək ki, onların özləri daha çox ziyanlılardır və mənim nifrətim də zatən belələrinədir.

 

Mən “20 illik dost”nu, “xlebnik”ini bir mandat istəyinə qurban verən Rauf Arifoğlunu partiya sədrləri içərisində yeganə Qarabağ Qazisi olan, Savaş Adamı İqbal Ağazadə ilə eyniləşdirmənin qüsurlu olduğunu bildirəndə, mən “qafqazşünas”lığını bir rus ajanı qarçısında qoruya bilməyən, ölkə başçısı tərəfindən “yarıtmaz fəaliyyəti”nə görə buraxdığı keçmiş Milli Məclisin üzvü olan birisinin Yardımlıdan namizədliyi irəli sürülmüş başqa bir Savaş Adamı Xaqani Cəfərova qarşı qoyulmasını qüsurlu olduğunu bildirəndə, mən Sabir Rüstəmxanlının kitablarından mübarizəni hansı istiqamətdə və necə aparmağı öyrənənlərin Rüstəmxanlıya bu konuda siyasi mühazirə oxumaq həvəslərinin kökündən yanlış olduğunu bildirəndə çoxları burada hansısa marağın olmasını düşünür. Və maraqlı burasındadır ki, bu iddiada olanların tam əksəriyyəti birbaşa ya həmin kəslərin bığlarının altından keçənlərdir, ya da belə bir “xoşbəxtliyə” nail olmaq üçün qapıda boyun buranlardır. Əzizlərim, “qəfil gün doğsa bir gecə; dünya dümağ işıqlansa; görərik kimlərin əli , kimlərin cibindən çıxır; kimlər əyilə-əyilə kimlərin evindən çıxır”..

 

Sadəcə bu. Və sadəcə olaraq mən öz dövlətçilik, millətçilik, vətəndaşlıq qürurumun əsiri olduğum üçün bütün bunları yazıram. Vaxtilə bunu Musa Yaqub üçün də yazmışdım - Rəsulçuların mitinqlərində “Qələbə” meydanındakı taxta tribuna üzərində var-gəl edəndə Canalı Dağının Harayını Ona çatdırmışdım. Bildirmişdim ki, yanlışsan, Sən boyda Dağ Bulqakovun İT ÜRƏKLİLƏRinin əlində bir vasitəyə çevrilməməlisən, Musa Yaqub! Yaxşı ki,Böyük Şairimiz tez ayıldı. Bunu elə həmin İt Ürəklilər Rüstəmxanlıya hürəndə də yazmışdım. Və onda ərkim ötən Məmməd İsmayıla, Rüstəm Behrudiyə, Musa Yaquba, eləcə də digərlərinə mətbu müraciət etmişdim ki, ay ADAMLAR, bütün bu söyüş kampaniyasıyla Rüstəmxanlı yox, dövlətçiliyimiz, millətçiliyimiz hədəf götürülür. Buyurun ilk olaraq sizlər cavab verin bu kəslərə ki, qoy cəmiyyətimizdə yanlış ənənə oturuşmasın. Hər kəs susdu, elə bu Adamlar da!..

 

İndi də Savaş Adamlarıyla məddahlar ordusu eyniləşdirilir. Axı hər kəsin keçdiyi yol zatən hər kəsə bəllidir. Bəyəm bunu ziyalı təbəqəsi bilmir. Öyləsə bu susmaq neyçün? Bu ziyalılar hələ də Vətənin bu dar günündə dövlət başçısının “İgidliyə görə” medalıyla təltif etdiyi Savaş Adamıyla “yarıtmaz fəaliyyət”inə görə buraxılan Milli Məclisə sığınmağa çalışanlar arasında fərqi görmürlər!?

 

SEVGİDƏN YARANAN NİFRƏTİM bax buna görədir. Axı sizlər necə ziyalılarsınız ki, canını bu yurd uğrunda fəda etməyə hazır olan İnsanları, bütün ömrünü, bütün həyatını SÖZə həsr edən, gəncliyini bu Vətənin varoluşuna həsr edən bir ADAMI bu kimi keyfiyyətlərdən uzaq olan birilərinin sifarişli, təyinatlı parlament iddialarına qurban verirsiniz, onların mətbu daşlara “qonaq” olunmasına kirimişcə baxırsınız!? Bu gün məmləkətin Fədailər Ordusuna atılan daşlar, sabah sənin cisminin üstündə böyük bir qalaq yaradacaq!

 

Zamanında Çin rejimi Doğu Türküstanda olan qədim türklərin ucaltdıqları piramidaları necə daşlayıb it-bata salıblarsa və indi də bunu davam etmədədilərsə, eləcə də bizim milli düşüncəmizdəki, milli məfkurəmizdəki Ucalıqların hədəf götürülməsinə susan ziyalılar eləcə seyirçi mövqedədilər...

 

Azərbaycan siyasətinin və Azərbaycan mətbuatının "Fikir fahişələri"nin nəzərinə: siyasi müstəviyə hərb meydanından gələnlər və gəlmək iddiasında olan Savaş Adamlarıyla siyasətin bic uşaqları olan “fərarilər”i, “yaramazlar”ı eyniləşdirməyin. Bu fikrimə dəstək olaraq Sabir Rüstəmxanlının 1995- ci ildə “ Prezidentin mətbuat xidmətinin “xidməti” haqda yazdığı məqalədən bir sitat gətirirəm:

 

“...Məmurluğun dəmir-beton qılafı bu fikirlərin ürəyə sızmasına imkan vermir. Onlar bu cür düşüncəni Heydər Əliyevə sədaqət hesab edirlərsə və belə güman edirlərsə ki, belə “sədaqət”, “dostluq” ona çox lazımdır və bunun səmimiliyinə, xeyrinə inanır, səhv edirlər. Respublikanın bütün tanınmış siyasi qrup, təşkilat və partiya liderlərini, “Azərbaycan” qəzetindən başqa az qala bütün kütləvi informasiya vasitələrini prezidentin düşməni və 13-17 mart dövlət çevirilişi cəhdinin iştirakçısı saymaq, əslində, preidenti təkləmək, onun ayağını yerdən üzmək cəhdidir, xalq və dövlət qarşısında məsuliyyətsizlikdir!”...

 

İndiki dövlət başçımız Özü üçün ƏN XOŞBƏXT GÜNÜ işğal altında qalan torpaqlarımızın azad ediləcəyi gün hesab etdiyini vurğulayıb. Amma diplomlu ziyalıların mədh etdikləri 24 dekabrı özləri üçün “ən xoşbəxt gün” sayır. İndi bu yanaşmalara Rüstəmxanlının 1995-ci ildə yazdıqlarının fonunda baxın....

 

Tarix təkrar olunur. Bu gün də həmin "fikir fahişələri" özlərini haqqın səsi sansalar da, əslində Savaş və Söz Adamlarını deyil, birbaşa dövlətçiliyimizi, millətçiliyimizi hədəf götürüblər. Diplomli arkadaşlar özlərini beləcə kölgədə günə verməklə əslində “ziyalılıqları”nda üzə çıxmayan metastazları, bədxassəli şişin növbəti inkişaf mərhələsini sərgiləyirlər. Elə ona görə də bu yazını sevgidən doğan nifrətin nümunəsi kimi qəbul edin...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

QURTULUŞUMUZUN QİBLƏSİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”