Həyatın yaranmasının yarım əsrlik sirri açıldı

11:44 04-01-2020 | icon 67 | Maraqlı
Həyatın yaranmasının yarım əsrlik sirri açıldı

Vaşinqton Universitetinin (ABŞ) alimləri fosfat çatışmazlığının yarım əsrlik sirrini açıblar. Belə ki, fosfat ilk canlı orqanizmlərin yaranması üçün zəruri olsa da, konsentrasiyası qədim su hövzələrində olduqca az idi.

 

Bu barədə “EurekAlert!” portalında yerləşdirilmiş press-relizdə deyilir.

 

Mütəxəssislər quraqlıq şəraitində ətraf mühitdəki suyun çökmüş relyeflərə axması nəticəsində  yaranan karbonatla zəngin gölləri öyrəniblər. Yüksək buxarlanma səbəbindən göldə duzlu qələvi qarışıqların miqdarı artır. Belələrini sodalı hövzələr adlandırırlar. Tədqiqatçılar Kaliforniyadakı Mono, Keniyadakı Maqadi və Hindistandakı Lonar da daxil olmaqla, belə göllərdə fosforun miqdarını müəyyən ediblər.

 

Məlum olub ki, karbonatla zəngin olan su hövzələrində fosforun miqdarı dəniz suyu, çaylar və digər göllərdən 50 min dəfə yüksəkdir. Bu, həyat üçün vacib olan kimyəvi elementin toplanmasına kömək edən ümumi mexanizmin mövcudluğunu göstərir. Aydın olub ki, karbonatlar fosforu suda sərbəst halda saxlayaraq, əsasən kalsiumla birləşmə yaradır.

 

Qədim zamanlarda su hövzəsində fosfatların fövqəladə səviyyəsi kimyəvi reaksiyalara gətirib çıxarıb ki, bunun da nəticəsində RNT komponentləri, zülallar, yağlar və həyat üçün vacib olan digər birləşmələr yaranıb. Erkən Yerin karbon qazı ilə zəngin atmosferi (təxminən dörd milyard il əvvəl) bu göllərin formalaşması üçün ideal idi və onlarda fosforun maksimum səviyyəsinə nail olmağa kömək edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ

79 saylı İmişli seçki dairəsindən namizəd - RAZİ NURULLAYEV

105 saylı Tovuz seçki dairəsindən namizəd - QƏNİRƏ PAŞAYEVA

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizəd - ƏLİSAHB HÜSEYNOV

ƏLİSAHİB HÜSEYNOV başladı!

95 saylı Tərtər Seçki Dairəsindən namizəd - TAMİLLA QULAMİ

ELMAN ELDAROĞLUNUN "NEYTRAL MÖVQE"Yİ

32 saylı Suraxanı seçki dairəsindən namizəd - EHTİRAM MEHTİYEV

MAHİR ABBASZADƏ seçicilərlə görüşlərə Sumqayıtdan start verdi

Razi Nurullayevin seçki PLATFORMASI