ELÇİN ALIOĞLU yazır: ETMƏYİN

21:06 05-01-2020 | icon 394 | Köşə
ELÇİN ALIOĞLU yazır: ETMƏYİN

Bu, rəvayət deyil - faktdır

 

General Qasım Süleymaninin xanımına yazdığı son məktub açıqlanıb. General həlak olarsa, doğma Kirman şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmasını istəyib.

 

Məzarının adi, əsgər dostlarının məzarları kimi sadə olmasını, sinə daşına da sadəcə, "Əsgər Qasım Süleymani" yazılmasını arzulayıb.

 

... Facebookda soydaşlarımın Qasım Süleymani ilə bağlı kəskin mübahisələri, bir-birlərinə çox sərt sözlər yazmaları ürək ağrıdır.

 

Etməyin.

 

Qasım Süleymani mələk deyildi, qəhrəmanımız heç deyildi. İranlını amerikalılar öldürüb. Bu, bizim dərdimiz deyil.

Dərd Süleymaninin ölümünün Azərbaycanda fikirlərdə bölünməyə, parçalanmaya səbəb olmasıdır.

ABŞ və İran kimi iki nəhəngdən hər hansı birinin tərəfini indi tutmaq Azərbaycan üçün çox təhlükəli ola bilər.

ABŞ və İranın öz maraqları var, bizim öz maraqlarımız.

General Süleymaninin qətli bizi üz-üzə qoymamalıdır əsla. İndi əsas vəzifə Yaxın Şərqdə partlayış verəcək olaylardan özümüzü mümkün qədər uzaq tutmaqdır.

 

Yadlara görə özümüzə düşmən kəsilməyək. Düşmənimiz zatən bəlli. İdeologiyamız məlum - azərbaycançılıq. Bu ideologiyadan ötə heç nə ola bilməz - nə din, nə siyasət, nə bir başqa ünsür və ya vəsilə.

 

Və Süleymani barədə bir daha...

Kim idi o - əfsanə, yoxsa qatil?

 

General Qasım Süleymani İranın imperialist-revanşist gücünün simvollarından biri idi.

 

ABŞ İranın "dərin dövlət"inin beynini hədəfə aldı, vurdu. Tehran nə cavab verəcək? İranlı siyasətçilər, generallar "ildırım sürətli qisas"dan, "ağır intiqam"dan bəhs edirlər.

 

Nə olacaq? İran cavab verməyəcək, Tehranın yaratdığı, bəslədiyi və kontrolda saxladığı qruplaşmalar, hərəkatlar aktivləşəcək.

 

ABŞ-ın bölgədəki obyektlərinə, amerikalıların müttəfiqi olan ölkələrdəki strateji məntəqələrə zərbələr endiriləcək.

 

Vuran İran yox, irançı qüvvələr olacaq.

Çünki...

 

General Qasım Süleymani İran siyasətinin dərinliklərində hazırlanaraq bütün bölgəyə atılmış neyron şəbəkələrin kəsişməsində idi.

O, "Pəsdəran"ın, "Hizbullah"ın, "Əl Həşd əş Şəbi"nin, digər təşkilatların və strukturların düşünən beyni idi.

O, Əfqanıstandan tutmuş İraqa, Suriya və Livandan tutmuş Yəmənədək İranın bütün qeyri-rəsmi savaşlarına, gizli əməliyyatlarına, ilhaqlarına başçılıq edirdi.

 

General Süleymaninin ayaq basdığı yerdə qan, kədər və faciələr yaşanırdı.

İranla Səudiyyə Ərəbistanı arasındakı sərinliyin və qarşıdurmanın bu həddə çatmasının səbəbkarlarından başlıcası elə Süleymani idi. "Bütün bunları İran üçün edirəm" söyləməyi sevirdi.

 

Bu səbəbdən şiələrin canlı əfsanəsinə çevrildi.

Amma ərəb aləmində milyonlarla insan Süleymaninin qətlinə sevinir.

 

Suriyada müxaliflərə divan tutan dəstələrə Süleymani başçılıq edirdi.

Hələbi viran qoyan hücumlara o, başçılıq etmişdi.

General Süleymani və dəstələri Suriyada açıq şəkildə Türkiyəyə qarşı vuruşurdu.

O, İran hərbi-sənaye kompleksinin vitrinə çıxardığı populyar sima idi.

 

General Süleymaninin açıqlamaları əslində İranın rəsmi ideoloji mövqeyi idi.

 

İran siyasətçiləri ABŞ və İsrailə lənət oxuyurlar.

Fəqət ABŞ və İsrailin bölgədəki aqressiv siyasəti, bu siyasətilə müsəlmanları özlərinə düşmən etmələri olmasaydı, İran indi Suriyada, Livanda, Yəməndə bunca nüfuza və gücə əsla yiyələnə bilməzdi.

 

Amma hər şeyə rəğmən, Süleymani adi insan deyildi.

O, Qərbin Yaxın Şərqdəki ambisiyalarını darmadağın etməyi bacarmışdı.

Az qala təkbaşına.

Hərblə yanaşı, siyasət dühası idi və bunu danmaq sadəcə, primitivlik olardı.

Milyardlarla dollara nəzarət etsə də, nə özünə, nə ailəsinə bir dollar belə o puldan sərf etmədi.

Bu, rəvayət deyil - faktdır.

Xəbər lenti

Nənənin nəvələrini öldürüb, daha sonra intihar etməsi ilə bağlı məlumat yayıldı

Bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir

RAZİ NURULLAYEV qələbə qazansa seçiciləri qurban kəsəcəklər - FOTO

QƏNİRƏ PAŞAYEVA Qaraxanlı kənd sakinləri ilə də görüşdü - FOTO

Qadın iki azyaşlı nəvəsini öldürəndən sonra intihar edib

Masallıda qətlə yetirilən qızın əri tutuldu

Masallıda 16 yaşında ərə verilən qız öldü

Yerli və beynəlxalq müşahidəçilərin sayı bəlli oldu

Gənc kulinarların üçüncü şirniyyat festivalı keçirilib

Şagirdlərin qısnanma hallarına görə 20 nəfər cəzalandırılıb

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri ABŞ səfiri ilə görüşüb

Dağlıq Qarabağ və “Aland modeli”ndən bəhs edən kitabın təqdimatı keçirilib

Xaricdən Azərbaycana könüllü qayıtmış şəxslərə avtomobillər bağışlanıb

O, instaqramda izləyicisi 200 milyona çatan ilk şəxs olub

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir

"İçərişəhər" yarımstansiyası yenidən qurulur

İran yenidən silkələndi

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Güllü Yoloğlunun güzgüsü

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət

228 cütlük nikahın pozulmasından imtina edib

77 saylı Astara seçki dairəsindən namizəd - RƏŞAD MAHMUDOV

Molla yanında oturan mürdəşir olar

61 saylı Neftçala Seçki Dairəsindən namizəd - SABİR RÜSTƏMXANLI

Orta, kiçik tibb və qeyri-tibb işçilərinin maaşları artırılacaq

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

Bakı xanları evində virtual muzey istifadəyə veriləcək

Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur

Şuşa qalası erməniləşdirilir...

Məşhur rus həkimdən “antixərçəng” çay– Hazırlanma qaydası