Karateçilərimiz ilin ilk turnirində 21 medal qazanıblar

16:38 06-01-2020 | icon 41 | İdman
Karateçilərimiz ilin ilk turnirində 21 medal qazanıblar

İstanbulda beynəlxalq "Bosphorus Cup" turunirində iştirak edən Azərbaycan karateçiləri ənənəvi yarışı 21 medalla başa vurublar. Mükafatlardan beşi qızıl, bir o qədəri gümüş, on biri isə bürüncdür.

 

Azərbaycan Milli Karate Federasiyasından Versus.Az-a verilən məlumata görə, milli komandanın məşqçiləri Şahin Xudaverdiyev (kumite) və Anar Əhmədovun (kata) rəhbərliyi ilə tatamiyə çıxan idmançılarımızdan qızıl medalları Rafael Məmmədov (52-60 yaşlı veteranlar, kata), Samir Məmmədov (-75 kq), Mədinə Sadıqova (21 yaşadək gənclər, -60 kq), Eldar Əhmədov və Sahib Əhədov (para-karate), gümüş mükafatları isə Qəşəm İskəndərov (-75 kq), Novruz Əliyev (-84 kq), Elvin Ağayev (+84 kq), Fərid Savadov (16-17 yaşlı gənclər, -55 kq), Soltan Allahquliyev (13 yaşlı uşaqlar, -45 kq) və Ülvi Zeynalov (para-karate) qazanıb.

 

Məhəmməd İsmayılov (-67 kq), Fərid Şahbazlı (-75 kq), Ceyhun İsmayılov (kata), Renata Ərəbli (-61 kq), Kəmalə Hüseynova (+68 kq), Qəşəm İsgkəndərov (21 yaşadək gənclər, -78 kq), Xəyal Məmmədov və Ceyhun İsmayılov (21 yaşadək gənclər, kata), həmçinin İnci Əzizova (21 yaşadək gənclər, -60 kq) və Adil Əlyar (para-karate) yarışı üçüncü pillədə başa vurub.

 

Ümumi hesabda milli komandanın və müxtəlif klubların üzvlərindən ibarət Azərbaycan karateçiləri Türkiyəli idmançılardan sonra ikinci nəticə göstəriblər. Beynəlxalq turnirdə 25 ölkədən 1316 idmançı iştirak edib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Güllü Yoloğlunun güzgüsü

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət

228 cütlük nikahın pozulmasından imtina edib

77 saylı Astara seçki dairəsindən namizəd - RƏŞAD MAHMUDOV

Molla yanında oturan mürdəşir olar

61 saylı Neftçala Seçki Dairəsindən namizəd - SABİR RÜSTƏMXANLI

Orta, kiçik tibb və qeyri-tibb işçilərinin maaşları artırılacaq

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

Bakı xanları evində virtual muzey istifadəyə veriləcək

Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur