Tüstü Çili və Argentinaya çatdı

06:50 07-01-2020 | icon 84 | Dünya
Tüstü Çili və Argentinaya çatdı

Avstraliyadakı bir sıra meşə yanğınlarından yaranan tüstü Cənubi Amerika sahillərinə çatdı və Çilinin əksər mərkəzi və cənubu üzərindən səmaları örtdü.

 

Versus.Az xəbər verir ki, bu haqda Çilinin "MeteoChile" Meteoroloji Xidmətindən bildirilib.

 

Avstraliyada milyonlarla hektar ərazi artıq yanmışdır, son aylarda yanğın 17 nəfərin ölümünə səbəb oldu, minlərlə evlər məhv olunub, bəzi məlumatlara görə, 8 min koala və yüz minlərlə digər heyvan öldü.

 

Avstraliyanın cənub-şərq sahillərində yanğınlar səbəbiylə geniş miqyaslı evakuasiya davam edir.

 

Çilinin meteoroloji ximdəti bildirib ki, hava axını ilə tüstü Çili və Argentinaya qədər çatıb.

 

Çilinin demək olar ki, bütün cənub və mərkəzi şəhərlərində dumanı görmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

“Real” titul sayında “Barselona”ya çatıb

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

“Milan”ın sahibi dəyişir

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Dabandakı çatlar bu gizli xəstəliklərdən xəbər verir