ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

12:25 25-04-2018 | icon 941 | Təhsil
ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

"Son illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ali təhsil müəssisəsi kimi cəmiyyətdəki nüfuzu artıb".

 

Versus.Az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bildirib. Nazirin sözlərinə görə, son 4 ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə qəbulu planı 67 faiz artıb:

 

"Universitetin tələbə dolma faizi 100 faizə yaxın olub. Xarici dildə tədris aparan ixtisasların sayı 4-dən 19-a yüksəldilib".

 

C.Bayramov deyib ki, növbəti tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu əsaslı təmir olunacaq.

O bunu da əlavə edib ki, müasir dünyada ölkələrin qüdrəti onların intellektual potensialı, insan resursları ilə seçilir. Bu baxımdan dövlət başçısı tərəfindən qəbul edilən Təhsilin Inkişafı üzrə Dövlət Strategiyası təhsilin elmə inteqrasiyasını, insan resurslarının artırılmasını nəzərdə tutur:

 

"Azərbaycan Milli Elmlər Akademiyasında magistr təhsilin olması, AMEA alimlərinin ali məktəblərdə mühazirələr deməsi elmlə təhsilin inteqrasiyası baxımından görülən tədbirlərdəndir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

“... O vaxt da müxalifət sevinirdi ki, Elçibəy devriləcək”

Aslan Aslanov: "Məni didərgin salan iqtidar deyil, müxalifətdir" - VİDEO

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

Qurban Məmmədov İqbal Ağazadənin iradını qəbul etdi

İqbal Ağazadə xalqı təbrik etdi

Bu nazirliyin səlahiyyətləri artırıldı

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

"Ona görə də insanları cəzalandırmaq qərarına gəldilər" - MÜSAHİBƏ

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

"Cinsi tarazlığın pozulması insan alverinə gətirib çıxarır"