2020-ci ilin ilk marşrut xətti Bakıdan Cocuq Mərcanlı istiqamətinə açılacaq

13:39 08-01-2020 | icon 58 | Cəmiyyət
2020-ci ilin ilk marşrut xətti Bakıdan Cocuq Mərcanlı istiqamətinə açılacaq

Sabahdan Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə veriləcək. 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətində olacaq.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Versus.Az-a verilən məlumata görə, müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq.

 

Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlət başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Bu sərəncama dair tədbirlərin görülməsi çərçivəsində Cocuq Mərcanlı sakinlərinin respublikanın bütün istiqamətlərinə və xüsusilə paytaxt Bakıya rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni marşrut xətlərinin istifadəyə verilməsi davam edəcək.

 

Ümumi uzunluğu 9 kilometr, eni 12 metr olan iki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin 2017-ci ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən həyata keçirilib.

 

Xatırladaq ki, ötən ilin sonunda Cocuq Mərcanlıya 3 istiqamətdə – Sumqayıt, Mingəçevir və Gəncə istiqamətində xətlər istifadəyə verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

“Real” titul sayında “Barselona”ya çatıb

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

“Milan”ın sahibi dəyişir

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Dabandakı çatlar bu gizli xəstəliklərdən xəbər verir