AFFA-da vacib yeni vəzifə təsis edildi

13:41 08-01-2020 | icon 146 | İdman
AFFA-da vacib yeni vəzifə təsis edildi

Bakıda AFFA-nın növbədənkənar konfransı keçirilib.

 

Versus.Az xəbər verir ki, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxıb, eləcə də digər məsələləri müzakirə ediblər. Konfransda 35 nümayəndədən 33-ü iştirak edib. Yeni Nizamnamə yekdilliklə qəbul olunub.

 

Yeni Nizamnamənin FIFA və UEFA-nın tələblərinə uyğunlaşdırıldığı bildirilib.

Daha sonra AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

 

AFFA-nın növbədənkənar iclasından sonra baş katib Elxan Məmmədov jurnalistlər üçün brifinq təşkil edib.

 

Federasiya rəsmisi AFFA-da olan struktur dəyişikliyindən danışıb. Bildirib ki, bir neçə komitə ləğv edilib:

"Əvvəlki nizamnamədə çox sayda komitələr vardı. Onların fəaliyyəti görünmürdü. İcraiyyə Komitəsində üzv sayı 11-dən 13-ə qalxdı. Bu, bütün dünyada olan tendensiyadır. Vitse-prezidentlərin də sayı artdı. Artıq 4 vitse-prezident olacaq. İcraçı vitse-prezident də olacaq. Baş katib isə yerində qalacaq. İcraiyyə Komitəsinə namizədlər veriləcək. Daha sonra AFFA prezidenti vitse-prezidentləri təyin edəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ