BANM karyera imkanlarına görə liderdir

13:51 08-01-2020 | icon 560 | Təhsil
BANM karyera imkanlarına görə liderdir

“Azərbaycan Universitetləri” sosial şəbəkə səhifəsində keçirilmiş “Azərbaycan Universitetləri arasında karyera imkanlarına görə qabaqcıl universitetlər hansıdır?” sosial tələbə sorğusunun nəticələrinə görə, Bakı Ali Neft Məktəbi (BANM) ilk sırada yer alıb. Tələbələrin fikrincə karyera imkanlarına görə BANM digər universitetləri böyük fərqlə qabaqlayır.

 

Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizi ilə yüksəkixtisaslı ingilis dilli mühəndis kadrlarının hazırlanması ilə yanaşı, onların işlə təminatında da səylərini əsirgəmir. Həyata keçirilmiş məqsədyönlü işlərin nəticəsidir ki, bu gün Ali Məktəbin bütün məzunları 100 faizlik işlə təmin olunublar.

 

Artıq üçüncü ildir ki, Bakı Ali Neft Məktəbi məzun buraxılışı həyata keçirir.


Ötən tədris illərində olduğu kimi, 2018/2019-cu tədris ilində də bütün məzunların hamısı işlə təmin olunub.

 

5 il ərzində Bakı Ali Neft Məktəbində yüksək səviyyədə təhsilə, bilik və bacarığa yiyələnən tələbələr Azərbaycanın və dünyanın aparıcı şirkətlərində, ali təhsil müəssisələrində işlə təmin olunur, nüfuzlu beynəlxalq universitetlərdə təhsillərini davam etdirirlər.

 

Bakı Ali Neft Məktəbinin məzunlarının uğurları bir daha sübut edir ki, bilikli və bacarıqlı mütəxəssis iş axtarmamalıdır, iş onu axtarmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

QURTULUŞUMUZUN QİBLƏSİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”