“Qızıl qlobus-2020”də biabır olan Hollivud ulduzları - FOTO

04:47 09-01-2020 | icon 144 | Şou-biznes
“Qızıl qlobus-2020”də biabır olan Hollivud ulduzları - FOTO

Dünyaca məşhur, nüfüzlu mükafatlandırılmalardan biri sayılan “Qızıl qlobus-2020” sona çatsa da, onun ətrafında söz-söhbətlər və müzakirələr bitmir.

 

Məşhurlar qırmızı xalıda, eləcə də gecədə par-par parıldayıb bərq vurmaq üçün əllərindən gələni əsirgəməmişdilər.

 

Heç kimə sirr deyil ki, bu kimi mötəbər tədbirlərdə geyimi ilə göz qamaşdıranlar da olur, zövqsüzlüyü ilə gülüş obyektinə çevrilənlər də.

 

Versus.Az “Qızıl qlobus-2020”də zövqdən və dəbdən geri qalıb, libasları ilə məyusluğa düçar olan məşhurların geyimlərini təqdim edir.

 

Geyimi və tərzi ilə hər zaman seçilən 50 yaşlı dünya şöhrətli müğənni Cennifer Lopezin “Qızıl qlobus-2020”yə geyindiyi libas onu zövqsüz ulduzların sırasına qatıb.

 

Belə ki, “Valentino” markasından geyinən pop divanın əlbisəsi həm pərəstişkarlarını, həm də dəb tənqidçilərini yaman qəzəbləndirib.

 

Onlar Lopezin libasının üzərində parıldayıb, gözə girən nəhəng bantı lağ obyektinə çevirərək, məsxərəyə qoyublar./Oxu.az/

 

Gecənin zövqsüzləri sırasına, həmçinin, dünyaca məşhur Hollivud aktrisaları Keyt Blanşet, Qvinnet Peltrou və Salma Hayek də daxil olub. Hər üç aktrisanın geyim tərzi nüfuzlu mükafatlandırma gecəsinə uyğun olmayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət