Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb

13:24 09-01-2020 | icon 255 | Qarabağ
Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin rəhbərliyi ilə nümayəndə heyəti yanvarın 8-də paytaxt Pekində Çin Sosial Elmlər Akademiyası, Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyasında görüşlər keçirib.

 

Versus.Az xəbər verir ki, görüşlərdə Azərbaycanın yerləşdiyi regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, Çin-Azərbaycan ikitərəfli münasibətlərində əldə edilmiş nailiyyətlər, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlıq imkanları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb.

 

Eyni zamanda BMTM-in xarici tədqiqatçılar üçün həyata keçirməyi nəzərdə tutduğu proqramlar və birgə tədqiqat üçün yaradılan imkanlar barədə danışılıb. Fərid Şəfiyev həmçinin Azərbaycanda müasirləşmə istiqamətində aparılan islahatlar barədə çinli həmkarlarına məlumat verib.

 

Əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məqsədi isə Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə Anlaşma Memorandumları imzalanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ