Şahzadə və həyat yoldaşından GÖZLƏNİLMƏZ QƏRAR

00:38 10-01-2020 | icon 270 | Maraqlı
Şahzadə və həyat yoldaşından GÖZLƏNİLMƏZ QƏRAR

Britaniya şahzadəsi Harri və həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl kral ailəsi üzvləri səlahiyyətlərindən imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək niyyətlərini açıqlayıblar.

 

TASS-ın məlumatına görə, bu barədə qərarı Sasseks şahzadəsi və hersoq özlərinin “Instagram” hesabında elan ediblər.

 

“Aylarla düşünmə və daxili müzakirələrdən sonra bu il bu qurumda yeni mütərəqqi rol oynamağa başlamaqla dəyişiklik etmək qərarına gəldik. Kral ailəsinin “böyük” üzvləri olaraq fəaliyyətimizi dayandırmaq və maliyyə cəhətdən müstəqil olmaq üçün işləmək niyyətindəyik. Bu müddətdə əlahəzrət kraliçanı tamamilə dəstəkləməyə davam edəcəyik”, - deyə bəyanatda bildirilir.

 

Taxt varisliyində altıncı yerdə olan şahzadə Harri və Meqan Markl gələcəkdə Birləşmiş Krallıqda və Şimali Amerikada yaşamaq niyyətlərini açıqlayıblar. /Oxu.Az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

“Real” titul sayında “Barselona”ya çatıb

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

“Milan”ın sahibi dəyişir

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Dabandakı çatlar bu gizli xəstəliklərdən xəbər verir