Etiraz aksiyalarında xəsarət alanlar arasında 20 nümayişçi də var

08:57 10-01-2020 | icon 66 | Dünya
Etiraz aksiyalarında xəsarət alanlar arasında 20 nümayişçi də var

Parisdə təqaüd islahatlarına qarşı keçirilən etiraz askiyalarında 20 nümayişçi xəsarət alıb.

 

Versus.Az xəbər verir ki, bu barədə “BFMTV” telekanalı polis prefekturasına istinadən məlumat yayıb.

 

Daha əvvəl telekanal polislə radikal etirazçılar arasında baş verən qarşıdurma zamanı 16 asayiş keşikçisinin xəsarət aldığını bildirmişdi.

 

Bildirilir ki, Parisin səkkizinci dairəsindəki Müqəddəs Avqustin meydanı yaxınlığında baş verən “şiddətli toqquşmalar” nəticəsində daha 20 etirazçı yaralanıb. Mitinqin sonu gərgin olub: etirazçılar əllərinə keçən əşyaları asayiş keşikçilərinə atmağa başlayıblar, buna cavab olaraq isə polis gözyaşardıcı qazdan istifadə edib.

 

Polisin yaydığı son məlumatlara görə, Parisdə hazırda 27 nəfər nəzarət altına alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət