Şəhidin xanımı soyadını bu səbəbdən dəyişdi

13:01 11-01-2020 | icon 312 | Cəmiyyət
Şəhidin xanımı soyadını bu səbəbdən dəyişdi

Təbriz Musazadənin anası onun yadigarını əsassız ittihamlayıb

 

Aprel şəhidi Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə şəhidin anası Tovuz Əliyevanın ona yönəlik ittihamlarından sonra mərhum həyat yoldaşının soyadından imtina edib.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlama verən Pərişan Musazadə artıq rəsmən atasının soyadına keçdiyini bildirib:

 

“Artıq Musazadə deyiləm, oglunuzun evi, maşını, torpağı kimi soyadını da sizə verdim. Hər kəs bundan sonra öz yoluna…

Mənim qeyrətimi, namusumu müzakirə edənlərə isə sözüm odur ki, atam, əmilərim, dayılarım ölməyib, ərə gedəm, onların da xəbəri olmasın. Bundan sonra da nə baş verərsə, hər zaman yanımdadırlar. Nə qədər ki, onlar sağdır, onların yerinə heç kim mənə vəkillik edə bilməz, hələ Təbrizin xalasının qaynının oğlu, nə bilim, dayısının kürəkəni, bacısının əri heç edə bilməz.

Mən yerdən çıxmamışam ki, özbaşına evlənəm, ya da evimə adam gətirəm. Mənim hesabat verəcəyim iki oğlum və valideynlərim”.

 

Pərişan Musazadə mərhum həyat yoldaşının ailə üzvlərinin ona qarşı ittihamlarından sonra yenidən atasının soyadını – Əsədova soyadını daşıyacaq:

“Bəzən deyirlər ki, qadınlar niyə intihar edirlər? Bax, bu səbəblərdən. Hər kəs bilib-bilmədən olmazın sözünü deyir. Mən əxlaqsız, evimə də kimisə gətirəcək qədər şərəfsiz deyiləm. Özlərindən, ailələrindən xəbərləri olmayanlar haqqımda hər şey deyirlər. Cəmiyyətdə bu qədər problemlər qala-qala, olmayan məsələnin üzərinə gedirlər.

Mən onsuz da Təbriz Musazadəyə görə heç bir imtiyaz almırdım. Yalnız övladları onun pensiyasını alırlar. Fəaliyyətimi bundan sonra da davam etdirəcəm. Mənim adımı da Təbrizin adı ilə bir tutmasınlar, Şəhidimin ruhunu rahat buraxsınlar. Bu günə qədər heç bir məsələdə Təbrizin adından istifadə etməmişəm, bundan sonra da etməyəcəm.

Soyadımı dəyişdirdim, artıq atamın soyadındayam, təbrik edirəm sizi, Təbrizdən sonra onun yoldaşını da “öldürməyi” bacardınız”.

 

Xatırladaq, Təbriz Musazadənin anası Tovuz Əliyeva Pərişan Musazadəni onun oğlunun adından şəxsi maraqları üçün yararlanmaqda və başqa biri ilə gizli ailə qurmaqda ittiham edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Güllü Yoloğlunun güzgüsü

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət

228 cütlük nikahın pozulmasından imtina edib

77 saylı Astara seçki dairəsindən namizəd - RƏŞAD MAHMUDOV

Molla yanında oturan mürdəşir olar

61 saylı Neftçala Seçki Dairəsindən namizəd - SABİR RÜSTƏMXANLI

Orta, kiçik tibb və qeyri-tibb işçilərinin maaşları artırılacaq

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

Bakı xanları evində virtual muzey istifadəyə veriləcək

Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur