Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib

16:09 25-04-2018 | icon 210 | Cəmiyyət
Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Qloballaşan dünyanın siyasi-hüquqi həyatında əxlaqi dəyərlərin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

 

Daxili İşlər Nazirliyindən Versus.Az-a verilən məlumata görə, konfransda Polis Akademiyasının, Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, tələbə və kursantlar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qətiyyəti, cəsarəti, eləcə də, çoxşaxəli fəaliyyəti ilə böyük bir məktəb yaratdığını, zəngin irs qoyduğunu qeyd edərək bu tədbirin əhəmiyyətindən danışıb.

 

Sonra ümummilli lider Heydər Əliyevin həyatı ilə bağlı “Dahi şəxsiyyət” adlı videoçarx nümayiş etdirilib.

Polis Akademiyasının rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor Mahir Əhmədov çıxışında zaman keçdikcə Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsinin öyrənilməsinin bir zərurətə çevrildiyini bildirib. Qeyd edib ki, ümummilli lideri bu zirvəyə yüksəldən, yüz illər bundan sonra da xatırlanacaq siyasi keyfiyyət əlbəttə ki, siyasətçinin rəhbər tutmalı olduğu siyasi əxlaq, siyasi davranış nümunəsidir. Müasir qloballaşan dünyada da siyasətdə əxlaqi dəyərlərin gözlənilməsi, insan hüquqlarının qorunması, siyasətin sosial yönümlülüyü, siyasi-hüquqi həyatda demokratik prinsiplərin təsbiti və cəmiyyətin hüquqi əsaslarının möhkəmlənməsi üçün zəruri şərtdir. Bu baxımdan idarə edənlər həmişə siyasi norma, qanun və əxlaqi dəyərlərə əsaslanaraq rəhbərlik etməyə borcludurlar.

 

Bakı Dövlət Universitetinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının professoru, hüquq elmləri doktoru Xəyyam İsmayılov çıxışında dünya fəlsəfi və siyasi-hüquqi fikir tarixində əxlaq və idarəçilikdə əxlaqi dəyərlərlə bağlı məsələlərə müxtəlif yanaşmaların olduğunu, keçmiş dövrlərin siyasi-hüquqi ideyalarında öz ifadəsini tapmış bəzi qlobal problemlərin müasir dövrdə də öz elmi aktuallığını itirmədiyini vurğulayıb.

Daha sonra elmi-nəzəri konfransda Polis Akademiyasının kursantları - ”Heydər Əliyev” təqaüdçüsü Süleyman Eyvazov ”Platonun siyasi-hüquqi təlimlərində etik və siyasi məsələlər: tarix və müasirlik”, Jalə Abasova “Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsində siyasət və əxlaq məsələləri”, Surayə Rzayeva “Konfutsinin təlimində hüquq və əxlaq məsələləri”, Amid Məmmədov “N.Makiavellinin siyasi-hüquqi ideyalarında əxlaq və siyasətin nisbəti məsələsi”, Bakı Dövlət Universitetinin tələbələri Nərgiz Süleymanlı“Nizami Gəncəvinin dövlət idarəçiliyi haqqında siyasi-hüquqi fikirləri”, Babək Hüseynov “İslam hüququnda idarəçiliyin əxlaqi aspektləri”, Mirbaba Ağarəhimov ”N.Tusinin yaradıcılığında siyasət və əxlaqın nisbəti”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Lalə Novruzova “İ.Kantın siyasi-hüquqi təlimlərində hüquq və əxlaqın yeri” mövzularında çıxışlar ediblər.

 

Tədbir çərçivəsində Polis Akademiyasının Kursant Elmi Cəmiyyəti ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Həmkarlar Təşkilatı arasında elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sonda konfrans iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"