Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10

03:06 13-01-2020 | icon 530 | Maraqlı
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10

Ötən il dünyanın ən çox ziyarət olunan məkanları müəyyən edilib.

 

“Trip Advisor”un məlumatına əsasən, siyahı bu yerləri ziyarət etmək üçün bron edilən biletlər haqqında məlumatların təhlili nəticəsində tərtib olunub.

 

1. Kolizey, Roma, İtaliya

 

Ardıcıl olaraq ikinci ildir ki, siyahının lideri Romada yerləşən Kolizeydir. İtaliyanın paytaxtına səfər edən turistlər mütləq qladiator meydanına baş çəkirlər.

 

2. Luvr, Paris, Fransa

 

Siyahının ikinci pilləsində Luvr qərarlaşıb. Parisin bu muzeyində Leonardo da Vinçinin “Mona Liza”sı və müxtəlif dövrlərə aid  digər məşhur şəkil və əşyalar nümayiş olunur.

 

3.Vatikan Muzeyləri

 

Vatikan Muzeyləri reytinqin üçüncü pilləsindədir. Roma papaları tərəfindən yaradılan bu muzey kompleksində  intibah dövrünün əsərləri də daxil olmaqla, klassik ustaların əl işləri də təqdim olunur.

 

4. “Azadlıq Heykəli”, Nyu-York, ABŞ

 

Siyahıda dördüncü yeri Nyu-Yorkda yerləşən “Azadlıq Heykəli” tutur.

Neoklassik üslubda yaradılan bu heykəl Yuxarı Nyu-York limanındakı Azadlıq adasında yerləşir. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilib.

ABŞ-ın milli abidəsidir. 1984-cü ildən YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxildir.

 

5. Eyfel qülləsi, Paris, Fransa

 

Beşliyi Eyfel qülləsi tamamlayır. 1889-cu ildə inşa edilən qüllə sonradan Fransanın simvoluna çevrilib. O, əvvəlcə Parisdə keçirilən Beynəlxalq sərgidə giriş tağı olan müvəqqəti qurğu kimi nəzərdə tutulurdu.

 

Qüllə baş memar Qüstav Eyfelin şərəfinə adlandırılıb. Memarın özü isə ona sadəcə “300 metrlik qüllə” deyirdi.

 

6. Müqəddəs Ailə kilsəsi, Barselona, İspaniya

 

Dünyanın ən uzun müddətə inşa edilən tikililərindən biridir.  Məbədin inşasına 1882-ci ildə isə başlansa da, tikinti indiyə qədər davam edir. Layihənin müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası uzanır.

Tikintinin başa çatmasını, həmçinin daş bloklarının hazırlanmasının mürəkkəbliyi ləngidir.

 

7. Fransız məhəlləsi, Yeni Orlean, ABŞ

 

Fransız məhəlləsi Luiziananın avropalılar tərəfindən məskunlaşdırılmasında ən vacib tarixi yerlərdən biridir. O, 1965-ci il dekabrın 21-də Milli tarixi abidə elan edilib, 1966-cı ilin oktyabrın 15-də isə ABŞ-ın tarixi məkanlarının Milli reyestrinə daxil edilib.

Əsas görməli yerləri Burbon-strit, Kanal-strit, Cekson meydanı, Müqəddəs Lüdovik Kilsəsidir.

 

8. Anna Frankın Evi, Amsterdam, Niderland

 

Anna Frankın Ev-Muzeyi Amsterdamda Prinsenqrahtın sahilində yerləşir.  Bu evin arxa otaqlarından birində 1942-1944-cü illərdə yəhudi qız Anna Frank ailəsi ilə birlikdə  nasistlərdən gizlənib.  Otağın girişi üçün  sirli qapı-“kitab şkafı” tikilmişdi. Anna Frank burada özünün “Sığınacaq” adlı gündəliyini yazıb.

 

1944-cü il avqustun 3-də Frank ailəsinin yeri aşkar olunub. Çox güman kimsə satqınlıq etmişdi. Ailə həbs edilərək ölüm düşərgəsinə göndərilmişdi.

 

9. ABŞ-ın Çikaqo şəhərində “Willis Tower”in qərb hissəsində yerləşən  “Skydeck Chicago” baxış meydançası

 

ABŞ-ın ən hündür göydələni “Willis Tower”in  “Skydeck Chicago” baxış meydançası 103-cü mərtəbədə, yerdən 412 m qəlbilikdədir.

 

10. San-Mark meydanı, Venesiya, İtaliya

 

İtaliyanın Venesiya şəhərinin əsas meydanıdır. O, Pyasetta (Qrand-kanaldan Müqəddəs Mark kafedralının zəng qülləsinə qədər olan meydança) və Pyassa (meydanlar) olmaqla iki hissədən ibarətdir.

 

Meydan IX əsrdə Müqəddəs Mark kilsəsinin qarşısında kiçik bir ərazidə yaradılıb. O, 1177-ci ildə Fridrix Barbarosanın Papa III Aleksandr ilə görüşü şərəfinə indiki ölçülərinə qədər genişləndirilmişdi.

Xəbər lenti

TAMİLLA QULAMİnin seçicilərlə növbəti görüşü Köçərli kəndində oldu - FOTO

"Birlikdə gözəlləşdirəcəyik bu məmləkəti, ÜMİD...lə"

Prezident Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi barədə tapşırıq verib

MAHİR ABBASZADƏnin seçicilərlə növbəti görüşü Qobu park yaşayış kompleksində keçirildi - FOTO

DADP sədri qardaş Türk xalqına başsağlığı verdi

FUAD ƏLİYEV seçiciləri ilə görüşüb - FOTO

İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur

Putindən fələstinli əsgərə böyük jest - VİDEO

Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

Rusiyanın himni daha bir ərəb ölkəsində səhv səsləndirildi - VİDEO

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

O, dünya miqyasında da dövlətimizin maraqları naminə çalışıb - FOTO

Hafiz Hacıyev YAP-dan olan rəqibi ilə bağlı xalqa müraciət etd - VİDEO

"Heç kimi özümə rəqib görmürəm"

RƏŞAD MAHMUDOV növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO

RƏŞAD MAHMUDOVun seçicilərlə görüşü davam edir - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

ELMAN ELDAROĞLUNUN "NEYTRAL MÖVQE"Yİ

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd - TALEH ŞAHSUVAROV

FUAD ƏLİYEV təşviqat kampaniyasına start verdi

Azərbaycanlı bloqer sərvətini nümayiş etdirdi - VİDEO

İslahatlara könüllü hə – deyin ki, hər şey könlünüzcə olsun!..

26 saylı Sabunçu Birinci seçki dairəsindən namizəd - FUAD ƏLİYEV

Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub

Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edir

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

QURTULUŞUMUZUN QİBLƏSİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Razi Nurullayevin vəkilləri İmişlidə - FOTOLAR