MSK-nın “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb

12:37 13-01-2020 | icon 364 | Siyasət
MSK-nın “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb

Məzahir Pənahov: "Burada mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradılıb"

 

Mərkəzi Seçki Komissiyasının “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb.

 

Versus.Az xəbər verir ki, bu gün MSK sədri Məzahir Pənahov və MSK üzvlərinin iştirakı ilə Seçki-2020 Müstəqil Media Mərkəzinin açılışı olub.

 

Yerli və beynəlxalq KİV-lərin asan və sərbəst məlumat əldə etmələri üçün “Seçki-2020” Müstəqil Media Mərkəzində yaradılan şəraitlə tanışa olan MSK sədri M.Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.

 

MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək “Seçki-2020” Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradılıb:

“Seçki-2020” Müstəqil Media Mərkəzinin www.secki-2020.az İnternet səhifəsi artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir. Eləcə də seçkilərə dair foto və videogörüntülər təqdim olunur”. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xəqani Cəfərovun namizədliyi təsdiqləndi

Bu, xərçəng riskini artırır

Həsrət Rüstəmovun namizədliyi təsdiqləndi

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

İran XİN ABŞ-ın yeni sanksiyalarını qanunsuz hesab edib

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

İran Britaniyaya nota verib

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir