“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”

16:54 16-01-2020 | icon 305 | Mədəniyyət
“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” adlı tədbir təşkil edilib.

 

Vesuus.az azhistorymuseum.az-a istinadən xəbər verir ki, tədbir Xırdalan şəhər 5 №-li tam orta məktəbdə keçirilib.

 

Muzeyin əməkdaşları – t.ü.f.d. Əli Fərhadov, Qənirə Qafarlı, Ayəndə Dadaşova, orta məktəbin direktoru Şahin Yusifov, məktəbin müəllim-şagird kollektivi tədbirdə iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başladı. Muzeyin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “XIX-XX əsrlərdə Rusiyanın Azərbaycan siyasətinə baxış”;mütəxəssis Qənirə Qafarlı “20 Yanvar faciəsinə baxış” adlı məruzələrlə çıxış etdilər.

 

20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu, həmçinin mövzu ilə bağlı slayd təqdim olundu.

 

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanan “20 Yanvar şəhidləri” kataloqu (Bakı: Elm, 2018, elmi redaktor: akademik Nailə Vəlixanlı) məktəbin kitabxanasına hədiyyə edildi. Sonda Xırdalan şəhər 5 №-li tam orta məktəbin tarix müəllimi Rumiyə Həsənovanın rəhbərliyi altında məktəblilərin iştirakı ilə bədii hissə təqdim olundu və məktəbin direktoru Şahin Yusifov öz çıxışında məktəblilərin maariflənməsində iştirak etdikləri üçün muzey əməkdaşlarına təşəkkür etdi.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xəqani Cəfərovun namizədliyi təsdiqləndi

Bu, xərçəng riskini artırır

Həsrət Rüstəmovun namizədliyi təsdiqləndi

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

İran XİN ABŞ-ın yeni sanksiyalarını qanunsuz hesab edib

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

İran Britaniyaya nota verib

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir