PA rəsmisinin çağırışlarına DƏSTƏK

18:30 16-01-2020 | icon 251 | KİV
PA rəsmisinin çağırışlarına DƏSTƏK

“Seçki prosesini ümumilikdə medianın iştirakı olmadan təsəvvür etmək olmaz”. 

 

 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib. 
 
 
MŞ sədrinin müavini bildirib ki, media seçkidə bir neçə mərhələdə iştirak edir: 
 
“Birincisi, ümumi seçki haqqında maarifləndirmə və məlumatlandırma işini aparmaq, ikincisi, konkret namizədlərin təbliğatını həyata keçirmək, üçüncüsü isə seçki günündə məntəqələrdə müşahidə missiyasını yerinə yetirməkdir. KİV-lərimiz 3 istiqamətdə kifayət qədər aktiv iştirak edir. Əlbəttə ki, Azərbaycan mediasının seçkidə iştirak etmək və hər üç mərhələdə layiqincə təmsil olunmaq praktikası var. Gənc dövlət olsaq da, seçkilərlə bağlı xeyli təcrübəmiz var. Məsələ ondadır ki, indiki media yekcins deyil. Azərbaycanın ənənəvi mediası, milli və peşəkar mətbuatı bu proseslərdə hər zaman peşəkarlıq nümayiş etdirib. Ancaq medianın peşəkar olmayan qolu da var. Əsas problem və neqativliklər məhz qeyri-peşəkar media qurumlarının prosesə müdaxiləsi zamanı ortaya çıxır. Çünki onlar hər an seçki prosesinə neqativ təsir göstərə bilərlər. Ən təhlükəlisi odur ki, bu cür qeyri-peşəkar KİV-lərin yaydıqları yanlış, qeyri-obyektiv məlumatlar bəzən seçki müşahidə missiyalarının neqativ rəy verməsinə əsas yaradır”. 
 
 
M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanda demokratik seçki keçirilir və seçkini izləyən beynəlxalq təşkilatların nümayəndələrinin diqqət yetirdikləri əsas məqam bu prosesin mediada necə işıqlandırılmasıdır: 
 
“Çox təəssüf ki, qərəzli KİV-lərin Azərbaycanda seçki barədə səsləndirdikləri yanlış fikirlər həmin monitorinq qruplarının hesabatlarına düşür. Bilirsiz, beynəlxalq qurumların nəzərində media mediadır. Onlar təsnifat aparmırlar ki, hansı media peşəkardır, hansı isə qeyri-peşəkardır. Azərbaycandakı mühitdə medianın siyasiləşməsi amili ilə yaxından tanış deyillər. Bəzi media qurumlarının müxtəlif qrupların əlində olması ilə bağlı məlumatları yoxdur. Ona görə də qərəzli media qurumunda gedən neqativ məlumatı fərqinə varmadan hesabatlarına daxil edirlər. Problem məhz bu sahədə ola bilər. O baxımdan Azərbaycan ictimaiyyəti və media çalışmalıdır ki, bu məsələdə mümkün qədər diqqətli olsun. Bu halda qeyri-peşəkar KİV-lərin seçki prosesinə müdaxiləsinə, təşəbbüsü ələ almasına yol verilməz. Ölkə də, seçkilər də, parlament də bizimdir. Cəmiyyət olaraq azad seçki praktikamızı yenidən ortaya qoymalıyıq. Çünki parlament seçkisi bizim tariximizə yazılacaq. Bu baxımdan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifovanın çağırışlarına dəstək verirəm”.
 
 
Qurum rəhbəri bəyan edib ki, əvvəlki seçkilərlə müqayisədə bu dəfə vəziyyət çox yaxşıdır: 
 
“Cənab Prezidentin iradəsi ilə ölkədə şəffaflaşma və yeniləşmə prosesi gedir. Yeniləşmə seçkilərdə də özünü göstərir. Ən azı namizədlərin qeydə alınması göstərir ki, seçki prosesi demokratik bir ovqatda davam edir. Çalışmaq lazımdır ki, elə bu ovqatla da seçkini başa çatdıraq. Bu baxımdan bizim peşəkar və ənənəvi KİV-lərin üzərinə böyük məsuliyyət düşür”. 
 
 
Qeyd edək ki, bu gün Bakıda “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib. Tədbir Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Seminarda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova seçkilər zamanı medianın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O vurğulayıb ki, media seçkiləri obyektiv və operativ şəkildə işıqlandırmalı, seçkiqabağı təşviqat dövründə bütün namizədlərə bərabər şərait yaratmalıdır. /“Sherg.az”/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

“Real” titul sayında “Barselona”ya çatıb

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

“Milan”ın sahibi dəyişir

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Dabandakı çatlar bu gizli xəstəliklərdən xəbər verir