Qızıl, gümüş, dəmir, mis aşkarlanıb

10:57 26-04-2018 | icon 39 | Sosial
Qızıl, gümüş, dəmir, mis aşkarlanıb

Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, gümüş, dəmir, mis, titan, yeni minerallar və s. aşkar edilib.

 

Bunu Versus.Az-a Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

O qeyd edib ki, palçıq vulkanlarının "sakit" dövründə axaraq Yer səthinə çıxardığı palçığın tərkibində təbii əmələ gəlmiş qızıl, gümüş, mis, titan, mineral maddələr və s.-ə rast gəliblər.

 

Əvvəllər bu sahənin öyrənilmədiyini deyən alimin sözlərinə görə, son 2 il ərzində bu istiqamətdə ukraynalı mütəxəssislərlə birgə iş aparılır.

A.Əliyev bu tədqiqatlar nəticəsində çox yaxşı nəticələrin əldə edildiyini də söyləyib.

 

Bu istiqamətdə tədiqatların aparılması üçün ölkənin müxtəlif tektonik zonalarından - Abşeron yarımadasında, Şamaxı-Qobustan bölgəsi, Xəzəryanı ərazilərdən, Cənub-şərqi Şirvandan 20 vulkan seçilib:

 

"Bu vulkanların hamısında təbii əmələ gəlmiş komponentlər aşkarlanıb. Sadəcə, onların tərkibindəki bu elementlərin miqdarı müxtəlifdir. Birində qızıl, birində gümüş, başqa birində həm qızıl, həm gümüş tapılıb".

 

A.Əliyev qeyd edib ki, palçıq vulkanlarının palçığındakı qızıl, gümüşdən hər hansı məqsəd üçün ayrıca olaraq, istifadə etmək mümkün deyil. Çünki palçıqlarda onların miqdarı olduqca kiçikdir:

 

"Onlar 20, 50, 60 mikron, yəni nöqtə boyda olurlar. Palçığın tərkibində qızılın, gümüşün və s-nin necə əmələ gəldiyini, onların əmələ gəlmə səbəblərini öyrənmək elm üçün maraqlıdır. Ona görə də bu nəticələr yalnız elmi cəhətdən böyük maraq doğurur. Bu vaxta qədər bu istiqamətdə məlumatlar olmadığından bu sahənin araşdırılması bizim üçün yeni istiqamətdir. Yalnız Azərbaycanda deyil, ümumiyyətlə, heç dünya miqyasında belə tədqiqatlar aparılmayıb. Bu işlər ilk dəfə Ukraynada aparılıb, indi isə Azərbaycanda aparılır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib