“Ermənistanda yeni hakimiyyətin ölkənin inkişafı naminə işğaldan əl çəkməsi şərtdir”

12:18 26-04-2018 | icon 212 | Geopolitika
“Ermənistanda yeni hakimiyyətin ölkənin inkişafı naminə işğaldan əl çəkməsi şərtdir”

 

Fikrət Sadıqov: “Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və ondan çox şey asılıdır”

 

“Əgər Ermənistanın inkişafında maraqlıdırlarsa, regionda münaqişəyə son qoymalı və işğal etdikləri Azərbaycan ərazilərinin azad olunmasına başlamalıdırlar. Anlamaıdırlar ki, dalandadırlar və bizimlə sərt danışmağın mənası yoxdur. Ermənistanda yeni hakimiyyətin ölkənin inkişafı naminə işğalından əl çəkməsi şərtdir”.

 

Bunu Versus.Az-a politoloq Fikrət Sadıqov Ermənistan müxalifətinin keçirdiyi aksiyalarda qoyulan tələbləri və Rusiyanın, bir sıra beynəlxalq təşkilatların münaqişənin həllinə yönəlik çıxışlarını şərh edərkən bildirib.

 

Politoloq bildirib ki, Ermənistanın regiondan keçən bütün layihələrdən təcrid olması Ermənistanı iqtisadi cəhətdən dalana dirəyib:

 

“Əgər yeni hakimiyyət Sarkisyan kimi siyasət aparsa, vəziyyət belə də davam edəcək. Əgər yeni hakimiyyətdə sağlam düşüncəli insanlar olacaqsa, bunlar işğaldan əl çəkməlidir”.

 

Politoloq hesab edir ki, bu prosesin başlaması Rusiya üçün də maraqlıdır:

 

“Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və ondan çox şey asılıdır. Rusiya Minsk qrupunun həmsədri və Azərbaycanla əməkdaşlığı olan ölkə kimi başa düşür ki, əgər bundan sonra da regionda vəziyyət bu cür davam edərsə, Ermənistan daha da ziddiyyətli və qalmaqallı vəziyyətə düşəcək. Rusiya özü də gərgin durumda olduğu üçün forpostu olan ölkədə stabillik istəyir və bunun ancaq Dağlıq Qarabağ məsələsində müəyyən güzəştlərin gündəmə gətirilməsi ilə baş verəcəyini anlayır”.

 

F.Sadıqov bildirib ki, torpaqların qaytarılmsı mexaniki şəkildə olmayacaq. O, qeyd edib ki, illüziyalardan uzaqlaşıb reallığa söykənməli və anlamalıyıq ki, bu, uzunmüddətli bir prosesdir.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"