Şahmatçımız sabiq dünya çempionu ilə heç-heçə oynadı

12:41 26-04-2018 | icon 25 | İdman
Şahmatçımız sabiq dünya çempionu ilə heç-heçə oynadı

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin VI turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov sabiq dünya çempionu Veselin Topalovla heç-heçə oynayıb.

 

Versus.Az xəbər verir ki, Turnirin mətbuat xidmətinin məlumatına görə, partiyadan sonra Rauf Məmmədov maraqlı açıqlamaları ilə diqqəti cəlb edib:

 

"Veselin Topalov dünyanın güclü şahmatçılarından biridir. Karyeramda ilk dəfə Topalovla şahmat taxtası arxasında üz-üzə gəldik. Bu tura qədər hətta blitsdə belə rəqib olmamışıq. İstirahət gününü Topalova qarşı hazırlaşmaqla keçirdim. Şahmatçılarla futbol oynamadım, hətta axşam Çempionlar Liqasına baxmadım. Oynadığı partiyaları yada salaraq səhv etməməyə çalışırdım. Şəmkirdəki partiya Dortmund turnirində Lekoya qarşı oyunu xatırlatdı. Fikirləşirdim ki, imkan tapan kimi mat edəcək. Heç-heçəni normal qəbul edirəm. Şəmkirdə reytinqə görə sonuncuyam, bununla belə bütün görüşlərdə layiqli mübarizə sərgiləməyə çalışıram".

 

Bolqarıstan təmsilçisi Veselin Topalov isə Rauf Məmmədovun vəziyyəti nəzarətdə saxladığını bildirib:

 

"Debütdən sonra üstünlük hiss olunurdu. Amma onu inkişaf etdirə bilmədim. Buna görə artıq gedişlər təkrar olunurdu. Bəlkə də düzgün gedişləri tapa bilmədim. Ümumilikdə 6 turdan sonra çıxışımdan razıyam. Bildiyiniz kimi, uzun müddət klassik şahmat oynamamışam. Hətta hazırlıq keçməmişəm. Ona görə Şəmkir turnirində yaxşı nəticələr mənim üçün sürpriz oldu. Altı turdan sonra ilk pillədə olacağımı düşünmürdüm. Qarşıdakı 3 tur həlledici olacaq. Yarışı ilk pillədə başa vurmaq istəyirəmsə, diqqətli olmalıyam".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Türkməneli partiyasının lideri: Kərkük üzərində böyük oyunlar gedir

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Azərbaycan qadınları Dünya Qadın Sammitində

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Türkmənlər gecəni küçələrdə keçirib - FOTO

Qayıdana kimi...

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Sabah ölkə ərazisində gözlənilən hava

Məhəmməd Əmin Rəsulzadənin məktublarının təqdimatı