Beynəlxalq rəqs müsabiqəsində qalib oldu

13:02 26-04-2018 | icon 177 | Mədəniyyət
Beynəlxalq rəqs müsabiqəsində qalib oldu

İtaliyada keçirilən Beynəlxalq “San Remo – Junior” festivalında 12 yaşlı soydaşımız Fidan Hüseynova iştirak edib və müsabiqənin qalibi olub.

 

Versus.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatınaa görə, İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, dosent-xoreoqraf, Azərbaycanın əməkdar artisti Mais Nuriyev bildirib ki, dünyanın 16 ölkəsindən, o cümlədən Ermənistandan olan finalçıların arasında Fidan Hüseynova uğurlu çıxışı ilə fərqlənib. Çox güclü rəqiblərlə mübarizə aparan gənc həmvətənimiz Azərbaycan bayrağını yüksəklərə qaldırmağa nail olub.

 

Münsiflər heyətində Mais və Nəzakət Nuriyeva ilə yanaşı təmsil olunan erməni nümayəndənin bütün cəhdlərinə baxmayaraq, festivalın beynəlxalq tərkibli jürisi Fidan Hüseynovanın istedadını yüksək qiymətləndirib. Soydaşımızın uğurlu çıxışı haqqında yalnız jüri üzvləri deyil, festivalda iştirak edən digər sənətçilər və tamaşaçılar da xoş sözlər deyiblər.

 

Beynəlxalq uşaq müsabiqəsində müharibə nəticəsində əlil olmuş uşaqların birgə mahnı oxumasını əks etdirən film nümayiş etdirilib. Filmdən sonra ölkəmizin adı elan olunub və səhnəyə dəvət edilən Fidan Hüseynova əlində Azərbaycan bayrağı dalğalandıraraq “Tell me why” mahnısını simfonik orkestrin müşayiəti ilə ifa edib. Mahnı bitdikdən sonra Fidan Hüseynova zaldakı tamaşaçılara müraciətlə “Biz uşaqlara müharibə verməyin” deyə səslənib.

Festivalın sonunda isə San Remo şəhərinin mərkəzi meydanında parad keçirilib. Azərbaycan heyəti bütün şəhər boyu bayrağımızı dalğalandıraraq digər xalqların nümayəndə heyəti ilə yanaşı, yürüşdə iştrak edib. Yürüş zamanı soydaşlarımıza türkiyəli qrup tərəfindən dəstək göstərilib. Onlar sayca az olan Azərbaycan heyətinə qoşularaq Fidan Hüseynovanın qələbəsini “Azərbaycan, Azərbaycan” şüarları səsləndirməklə qeyd ediblər.

 

Festivalda dünyanın bir sıra ölkəsindən tanınmış mədəniyyət və iş adamları, San Remo şəhərinin rəhbərliyi, beynəlxalq aləmdə tanınmış kinoaktyorlar, Amerikadan dəvət olunmuş prodüsser və digər qonaqlar iştirak edib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Növbəti plenar iclasda bu məsələlər müzakirə olunacaq - SİYAHI

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışdılar