"Niyə yalnız Azərbaycan?"

17:19 26-04-2018 | icon 281 | Siyasət
"Niyə yalnız Azərbaycan?"

Azərbaycanı utandırmaq üçün istənilən cəhdin özü elə korrupsiyadır.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı deyib.

S.Seyidov Azərbaycandan olduğu üçün fəxr etdiyini qeyd edib:

 

“Fikrimcə, vurğulamaq vacibdir ki, ölkəmi utandırmaq üçün edilən hər bir cəhd, ölkəmi günahlandırmaq elə özü korrupsiyadır. Çünki Azərbaycan bu təşkilata demokratik dəyərlər naminə daxil olub. Əgər siz korrupsiya axtarırsınızsa, o zaman digər ölkələr haqqında, bu assambleyada iclas edənlər haqqında da düşünmək lazımdır. Niyə yalnız Azərbaycan? Axı bir ay bundan əvvəl bu iclas zalında siz Ermənistan xalqı tərəfindən korrupsiyaya görə qovulan Serj Sarkisyanı alqışlayırdınız. Ermənistanın çox demokratik ölkə olduğunu, Sarkisyanın isə Ermənistan xalqını bu təşkilatda təmsil edən demokrat olduğunu təsdiq edənlərdən soruşmaq istəyirəm - cənab Sarkisyan haradadır? Niyə siz özünüzə bu sualları vermək istəmirsiniz?"

 

O, Azərbaycanın müharibə şəraitində olduğunu xatırladıb:

 

"Biz ərazilərimizi itirmişik. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Biz bura, bu təşkilata ona görə gəlmişik ki, burada hüququn aliliyini tapaq. Lakin bunun əvəzinə yeni terminologiya görürük. Mənim adımı da korrupsiyada hallandırırlar. Mənim adım araşdırma oqranının məruzəsində də keçir, orada bildirilir ki, Seyidovun korrupsiyaya aidiyyəti yoxdur. Mənim adımım həmin sənəddə çəkilməsini dünyaya izah etmək çox çətindir. Bu, böyük ədalətsizlikdir".

 

S.Seyidov Azərbaycanın öz ləyaqəti uğrunda mübarizə aparacağını və qalib gələcəyini deyib:

 

"Çünki biz azadlıq, demokratiya haqqında, Avropa Şurasına deyil, bütün dünyaya aid olan dəyərlər haqqında düşünürük. Mən 18 il əvvəl Avropa Şurasına gələndə lap əvvəldən demişdim ki, bu mənim Şuramdır. Amma indi düşünürəm ki, yox, bu sizin Şuranızdır. Mən belə bir Avropa Şurasında olmaq istəmirəm".

 

Qeyd edək ki, aprelin 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası başlayıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

"Soros uşaqları" Bakını hədələmək istədilər"

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Kitabələri dinləndirən qadın

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək