Fuad Əliyevdən MER SEÇKİSİ təklifi

13:03 30-04-2018 | icon 280 | Siyasət
Fuad Əliyevdən MER SEÇKİSİ təklifi

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

 

Partiyanın Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərinə hazırlıq və bəzi təşkilatı məsələlər müzakirə edilib.

İclasın əvvəlində 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş verən terror nəticəsində qətlə yetirilən tələbə və müəllimlərin xatirəsi anılıb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərin keçirilməsi üzrə Təşkilat Komitəsinin rəhbəri Füzuli Kərimov ALDP olaraq aprelin 30-dan başlayaraq 1 ay ərzində, mayın 28-nə qədər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri keçirilməsinə start verdiklərini bildirib. Qeyd edib ki, bütün təşkilatı məsələlər həll olunub və fəaliyyət planı üzrə keçirilməsi nəzərdə tutulur.

 

ALDP sədri Fuad Əliyev hakimiyyətin kadr deyişikliklərindən danışıb. O, Bakı şəhər merinin seçkisinin keşirilməsinin vacibliyini vurğulayıb:

 

“2008-ci ildə Azərbaycan Avropa Şurasına üzv olan digər ölkələr kimi paytaxt merinin seçkilər yolu ilə müəyyənləşməsi öhdəliyinə imza atıb. Bildiyimə görə, hələ də Bakı Avropa Şurasına üzv olan ölkələrin paytaxtları sırasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilməyib. Növbədənkənar prezident seçkiləri onu göstərdi ki, seçkilər istənilən vaxt keçirilə bilər. Ona görə də hesab edirəm ki, Vitse-prezidentlər təyin olunandan sonra Bakıda böyük şəhər bələdiyyəsinin yaradılmasını və mer seçkisini keçirmək olar. Təklif edirəm ki, bununla bağlı təkliflərimizi müvafiq qanunun qəbul olunması üçün Milli Məclisə müraciət edək”.

 

ALDP sədri Fuad Əliyevin təklifi qəbul olundu və Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisin keçirilməsilə bağlı təkliflər Milli Məclisə göndərildi.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İxtisas seçimi bu gün başa çatır

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq