“Xəstəliklərin siyahısında AUTİZM diaqnozu qeyd olunmayıb”

17:18 30-04-2018 | icon 189 | Təhsil
“Xəstəliklərin siyahısında AUTİZM diaqnozu qeyd olunmayıb”

 

Jalə Məmmədova: “4 pilot məktəbdə 40 uşaq inklüziv təhsilə cəlb edilib”

 

Mənəvi eybəcərlik dərdlərin ən böyüyüdür ki, bu sağalmaz dərdə də bizim dövlətin qanunverici və icra strukturlarında çalışanların tam əksəriyyəti mübtəla olub. Ona görə də belə adamların səhvlərinin dilə gətirilməsi intensiv hal almalıdır ki, dövlətimiz bu eybəcərlikdən qurtula bilsin. Bu gün səlahiyyətli fiqurların sosial siyasətimizdəki qələbə eyforiyaları əslində dövlətçiliyimizin ölümü kodu altında gizlənməkdədir. Problemlər məngənəsində sıxılan vətəndaşı şizofrenik hala gətirən məmur biganəlyi ucbatından onun öz dərdləriylə baş-başa qalmasıdır. Sabahın xəstə cəmiyyəti hansı sevgiylə bu məmləkəti qoruyacaq?

Autizm və daun sindromlu uşaqlara biganə münasibət bəsləyənlər, onların problemlərini həll etməyənlər birbaşa dövlətçiliyimizi hədəf götürüblər. Siyasi hakimiyyətləri məhz belələrinin gizli oxlarıyla yarımcan edirlər. Autizmin və daun sindromunun yayılmasına görə Azərbaycanın dünyada üçüncü yeri tutmasına baxmayaraq qanunverici aktlarda bu problemin həlli istiqamətində demək olar ki, əsaslı addımlar atılmayıb. Məhz bunu nəticəsidir ki, ortaya çıxan sualların cavablandırılmasında belə aidiyyatı strukturların özləri də çətin durumda qalırlar.

Autizm və daun sindromlu uşaqların inklüziv təhsilə cəlb edilməsi, həmçinin bu istiqamətdə mövcud qanunvericilikdə öz əksini tapan bəzi məsələlərə aydınlıq gətimək üçün Versus.az-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərdiyi sualları adı çəkilən qurumun ictimaiyyətlə əlaqələr sektorunun mütəxəssisi Jalə Məmmədova cavablandırıb.

 

- Autizm və daun sindromlu uşaqların reabilitasiyası istiqamətində Təhsil Nazirliyi hansı prioritetləri əsas götürür?

 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2002-ci il tarixli 85 nömrəli qərarı ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”yə əsasən, reabilitasiya mərkəzləri - sağlamlıq imkanları məhdud karlar və zəif, eşidənlər, korlar və zəif görənlər, ağır nitq qüsurları olanlar, dayaq-hərəkət aparatının funksiyaları pozulanlar, əqli cəhətdən geri qalanlar (debillər, imbisillər), emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar, psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər, mürəkkəb çatışmazlıqları olanların hər biri ilə müvafiq profilə uyğun reabilitasiya işi aparır.

 

Qeyd olunanlara əlavə olaraq deyim ki, autizm sindromlu uşaqlar da reabilitasiya xidmətlərinə cəlb oluna bilirlər. Yalnız autizm diaqnozlu uşaqlar üçün ixtisaslaşmış reabilitasiya mərkəzi fəaliyyət göstərmir.

 

 - Autzm sindromundan əziyyət çəkən uşaqların inklüziv təhsilə cəlb edilməsi istiqamətində hansı işlər aparılır?

 

 - İnklüziv təhsilə cəlb olunan şagirdlər içərisində autizm sindromlu uşaqlar da var.

 

 -  Bakı şəhər üzrə neçə və hansı məktəblər inklüziv təhsilin verilməsinə yükümlü olaraq yönləndirilib?

 

 - Əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması məqsədilə 2015-ci ildə “İbtidai təhsil səviyyəsində inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanıb. Bakı şəhəri üzrə 4 pilot məktəbdə ümumilikdə 40 sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunub.

 

 - Həmin məktəblərdə inklüziv təhsili tədris edəcək mütəxəssislər orta məktəb müəllimlərinin özləri, yoxsa loqopedlər, defektoloqlar tərəfindən seçilir?

 

 - Həmin məktəblərdə inklüziv təhsilin təşkil edildiyi siniflərdə dərs prosesi ibtidai sinif müəllimi tərəfindən aparılır. Bununla yanaşı həmin məktəblərdə 1 nəfər defektoloq-loqoped müəllim fəaliyyət göstərir.

 

 - Bir autist uşağın məktəbə yönləndirilməsi üçün onun tibbi-psixoloji komissiyadan keçmədən öncə Təhsil Nazirliyində “yoxlamadan keçməsi” qaydası varmı? Və əgər bu varsa autizm sindromlu uşaqlar və onların valideyinlərinin qəbulunda hansı güzəştlər nəzərdə tutulur?

 

 - Bir autist uşağın məktəbə yönləndirilməsi üçün onun tibbi-psixoloji komissiyadan keçmədən öncə Təhsil Nazirliyində “yoxlamadan keçməsi” qaydası mövcud deyil.

 

- Autizm sindromunun müxtəlif kateqoriyalarından əziyyət çəkən (yüngül, ağır, fərqli format) uşaqların inklüziv təhsil adıyla eyni bir məktəbə (yardımçı) yönləndirilməsi həmin uşaqların reabilitasiyası baxımından hansı fəsadlara yol aça bilər?

 

- İnklüziv təhsilin təşkil olunduğu məktəblərdə sinif 18 nəfər tipik və 2 nəfər sağlamlıq imkanları məhdud uşaqla komplektləşdirilir.

 

- Yuxarı yaş həddində olan autuzm sindromlu uşaqlara ev təhsili varmı və varsa hansı formatda həyata keçirilir?

 

- Sağlamlıq imkanları məhdud uşaqların evdə təhsilə cəlb olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2002-ci il tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydaları”na əsasən tənzimlənir.

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısında autizm diaqnozu qeyd olunmayıb.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Türkməneli partiyasının lideri: Kərkük üzərində böyük oyunlar gedir

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Azərbaycan qadınları Dünya Qadın Sammitində

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Türkmənlər gecəni küçələrdə keçirib - FOTO

Qayıdana kimi...

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Sabah ölkə ərazisində gözlənilən hava

Məhəmməd Əmin Rəsulzadənin məktublarının təqdimatı