“Avropa Şurası birinci növbədə öz maraqlarını güdür”

17:40 01-05-2018 | icon 952 | Siyasət
“Avropa Şurası birinci növbədə öz maraqlarını güdür”

 

Fuad Əliyev: “Yenə də regionda ağalıq etmək niyyətləri öndədir”

 

“Avropa Şurasının hesabatı problemi həll etməyə deyil,  hakimiyyətə təsir etmək niyyəti ilə hazırlanıb. Bu qurum birinci növbədə özünün maraqlarını güdür”.

 

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Avropa Şurasının Azərbaycana dair  son hesabatını şərh edərkən bildirib.

 

Keçmiş sosialist ölkələrinin korrupsiyaya, rüşvətə meyilli olduğunu deyən ALDP sədri, bu gün demokratiyadan danışan, demokratik resurssları olan ölkələrin korrupsiyaya, rüşvətə keçməsini təəssüf hissi ilə qeyd edib:

 

“Azərbaycan hakimiyyətinin belə bir səpkidə göstərilməsi təbii ki, utandırıcı bir haldır. Avropa Şurası hesabatı seçki pozuntuları, cəmiyyətdə demokratiyanın qurulması şərtləri ilə hazırlasaydı bununla razılaşmaq olardı. Avropa yalnız özünə lazım olan məqamlarda Azərbaycan hökumətinə qarşı çıxır. Cəmiyyətin ümumi problemlərinin həlli prosesinə isə laqeyd münasubət sərgiləyir.

 

Ümumən biz də hesab edirik ki, seçkilər demokratik keçirilməyib. Lakin maraqlı məqam odur ki, bu təşkilatlar hər seçkidə belə hesabatlarla diqqət çəksələr də, heç bir nəticəsi olmur. Məsələn, 2010 cu il paralament seçkilərində Avropa Məhkəməsi mənim xeyrimə qərar verib və kompensasiya olaraq balaca bir məbləğin ödənilməsi ilə bağlı qərar çıxarıb. Amma hökumət hələ də onu icra etməyib. Əgər bu qurumun 2010-cu ildə verdiyi qərar bu günə qədər icra olunmayıbsa, onun məsələlərə hər hansı şəkildə müdaxilə etməsi yersizdir. Eləcə də, ATƏT-in Minsk qrupu, Avropa Şurası, BMT artıq öz funksiyalarını itiriblər və  heç bir təsiredici qərarlara malik deyillər. Bu da onlara inamsızlıq yaradır və çıxardıqları hesabatların heç bir əhəmiyyəti olmur”.

 

F.Əliyev bildirib ki, burada əsas addım yenə də regionda ağalıq etmək niyyəti ilə atılıb:

 

“Rusiyanın regionda öz gücünü saxladığını və Azərbaycanla əlaqələrinin genişləndiyini görən Avropa, Qərb vaxtaşırı belə hesabatlar verməklə özünü göstərməyə çalışır”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib