Sumqayıt Dövlət Dram Teatrında Gənclər Günü qeyd ediləcək

10:45 01-02-2020 | icon 235 | Mədəniyyət
Sumqayıt Dövlət Dram Teatrında Gənclər Günü qeyd ediləcək

Sumqayıt Dövlət Dram Teatrında hər zaman gənclərə önəm verilir.

 

Teatrdan Versus.Az-a verilən məlumata görə, məhz son iki ildə bir neçə gənc aktyor truppasına qəbul olunub. Yeni hazırlanan tamaşalarda və repertuar tamaşalarında gənclərin təcrübələrini artırması üçün imkan yaradılır. Kiçik yaşlı tamaşaçılarda teatra marağın artırılması, məktəblilərlə görüşlərin təşkil edilməsi yönündə bir çox layihələr həyata keçirilməkdədir.

 

Sumqayıt Dövlət Dram teatrı 2020-ci il 2 fevral Gənclər günündə C.Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Yaradıcılıq mübadiləsi üçün teatra dəvət edilmiş istedadlı rejissor Elşən Zeynallının quruluş verdiyi tamaşada rol alan gənc aktrisalar Şəhla Məmmədova və İlahə Səfərova mükəmməl oyun nümayiş etdirmişlər.

Tamaşa iki gəncin faciəvi məhəbbət dramı üzərində qurulub.

 

Tamaşa ötən əsrin əvvəllərində baş vermiş hadisəni işıqlandırsa da əslində didaktik- nəsihətverici fakt kimi aktualdır. Göz qamaşdırıcı var-dövlətlə saf duyğular, ülvi məhəbbət üz-üzə qalır. Və tamaşa boyu ziddiyyətlərin mübarizəsi gedir. Təəssüf ki, şöhrət günəşi Bəhramın gözünü qamaşdırır, o xəyanət yolunu seçir, amma sonda həqiqəti dərk edir. Müəllif sanki sevgisindən üz çevirmiş gənci cəzalandırır. Bu tamaşa gənclərə “sevginizə qətiyyətli olun” mesajını ötürür. Sevindirici fakt odur ki, rejissor peşəkarlığı, bədii tərtibat və aktyor oyunu tamaşada vəhdət təşkil edir. 2 fevral saat 18:00-da nümayiş olunacaq nakam sevgi dramında obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov canlandırır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əməkdar artistin 61 yaşı tamam olur

“Qəbələ” çilili hücumçu ilə müqavilə imzalayıb

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Atəşkəs rejimi 22 dəfə pozulub

Futboldakı problemləri açıb tökdü

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

Ermənilər Xocalıda at oynadır

Sabahın hava proqnozu

Milli Məclisə yeni sədr seçiləcək

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"