Bu seçkidə islahatlara KÖNÜLLƏ HƏ deyənlər var - VİDEO

21:05 02-02-2020 | icon 69 | Foto&Video
Bu seçkidə islahatlara KÖNÜLLƏ HƏ deyənlər var - VİDEO

10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd Müasir Müsavat Pariyasının sədir müavini Könül İsmayılovanın parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü davam edir.

 

 

Versus.az xəbər verir ki, görüşlərdə deputatlığa namizəd Könül İsmayılova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verir. O qeyd edir ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir.

 

Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər. Xanım namizəd onu da vurğulayıb ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tutur.

 

Deputatlığa namizəd qəsəbə boyu həyət həyət gəzərək seçicilərin problemi ilə maraqlanıb, onların şikayətlərini dinləyib.

 

Namizəd xanım sakinlərə Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb, Biləcəri əhalisinin problemlərinin həlli üçün parlamentdə məsələlər qaldıracağını deyib.

 

K.İsmayılova ölkədə uğurlu gənclər siyasətinin həyata keçirildiyini vurğulayaraq, gənclərin dövlət başçısının ətrafında sıx birləşdiyini və onun gördüyü işləri dəstəklədiyini qeyd edib.

 

 

Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də Könül İsmayılovaya səs verəcəklərini bildiriblər.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əməkdar artistin 61 yaşı tamam olur

“Qəbələ” çilili hücumçu ilə müqavilə imzalayıb

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Atəşkəs rejimi 22 dəfə pozulub

Futboldakı problemləri açıb tökdü

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

Sabahın hava proqnozu

Ermənilər Xocalıda at oynadır

Milli Məclisə yeni sədr seçiləcək

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"