Ürəkbulanmanı dərmansız kəsməyin 5 yolu

02:15 08-02-2020 | icon 119 | Sağlamlıq
Ürəkbulanmanı dərmansız kəsməyin 5 yolu

Mədə bulanmasının baş verməsinin onlarla səbəbi və tətikləyici faktoru var. Onların bəziləri zərərsizdir, bəziləri ciddi sağlamlıq problemidir.

 
 
Uzun yol, maşında silkələnmə, yorğunluq, mədə-bağırsaq soyuqdəyməsi, hər hansı qidanın təsiri, hava dəyişimi, təzyiq və s.
 
 
Versus.Az Medicina.az-a istinadən ürəkbulanmaya qarşı dərmansız asan metodları təqdim edir.
 
 
1. Təmiz hava – sizi xoşagəlməz qoxulardan da xilas edəcək, orqanizmə daha çox oksigen daxil olacaq və beyin elə də təhlükədə olmadığınızı anlayıb nədəyə sakitləş əmri verəcək. Əgər qapalı otaqda, metroda, maşında, avtobusda ürəkbulanma başlayıbsa, düşüb havada dayanmağınız lazımdır.
 
2. Tənəffüs hərəkəti - Təmiz havaya çıxdıqdan sonra asta və dərin tənəffüs metodunu sınayın. Alimlər sübut edib ki, tənəffüsün nəzarətə alınması 60% hallarda ürəkbulanmanı kəsir. Belə ki, nəfəsi burundan alıb 3 saniyə saxlayın, sonra burundan verin. Daha sonra burunu tutub, ağızdan 3 saniyəyə nəfəsi alıb saxlayın, sonra verin. 3-5 dəfə belə təkrar edin. Bu zaman gözlərinizi bağlayın.
 
3. Yeməkdən sonra uzanmayın – qarnı üstə uzanmaq ürəkbulanmanı artırır. Dincəlmək istəyirsizsə, kürəyiniz arxasına yastıq qoyub, yuxarı hissə dik vəziyyətdə uzanın.
 
4. Soyuq maye için. Alimlər sübut edib ki, hər hansı soyuq içkidən 3 qurtum almaq, məsələn adi su, limonad və ya hətta Cola ürəkbulanmanı azaldır. Eləcə nanəli çay içə bilərsiz.
 
5. Limon qabığı və zəncəfil çeynəyin
 
 
Zəncəfilin hamiləlik və kimyaterapiya sonrası ürəkbulanmalarda effektiv təsiri görülüb. Bu ikisi həm də ürəkbulanma qida və ya kimyəvi zəhərlənmədən olarsa, onları da zərərsizləşdirə bilər. Ona görə aptekdənsə, marketə girib limon, zəncəfil axtarın

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əməkdar artistin 61 yaşı tamam olur

“Qəbələ” çilili hücumçu ilə müqavilə imzalayıb

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Atəşkəs rejimi 22 dəfə pozulub

Futboldakı problemləri açıb tökdü

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

Ermənilər Xocalıda at oynadır

Sabahın hava proqnozu

Milli Məclisə yeni sədr seçiləcək

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"