150 illik tarixi bulaq bir gecədə oğurlandı - VİDEO

00:08 09-02-2020 | icon 227 | Maraqlı
150 illik tarixi bulaq bir gecədə oğurlandı - VİDEO

Türkiyənin Trabzon şəhərində baş verən qeyri-adi hadisə hər kəsi heyrətə gətirib. Belə ki, 150 illik tarixi bulaq bir gecənin içində oğurlanıb.

 

Bu barədə “Hürriyet” xəbər yayıb.

 

Bildirilir ki, hadisə Vakfikebir rayonunun Güneyköy məhəlləsində qeydə alınıb. Kənd muxtarı Suvari Şərəf Vakfikebir - Tonya yolu üzərində ağaclıq ərazidə olan bulağın yerində olmadığını görərək şoka düşüb və dərhal bu barədə jandarmaya məlumat verib.

 

Hadisə ilə bağlı dərhal təhqiqatlara başlayan jandarma ərazidəki müşahidə kameralarından görüntüləri izləyib. Sonra isə tarixi əsərin qaçaqmalçılığını həyata keçirən şübhəlilərlə bağlı əməliyyata başlayıb. Nəticədə üç nəfər saxlanılıb. Onlarla bağlı istintaq başlanılıb.

 

Qeyd edilir ki, bulaq 1904-1909-cu illərdə bələdiyyə sədri olan Hacı Memiş tərəfindən 1870-ci ildə xeyriyyə məqsədi ilə tikilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əməkdar artistin 61 yaşı tamam olur

“Qəbələ” çilili hücumçu ilə müqavilə imzalayıb

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Atəşkəs rejimi 22 dəfə pozulub

Futboldakı problemləri açıb tökdü

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

Sabahın hava proqnozu

Ermənilər Xocalıda at oynadır

Milli Məclisə yeni sədr seçiləcək

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"