Paytaxt sakinlərinə XƏBƏRDARLIQ

13:38 03-05-2018 | icon 184 | Gündəm
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərinə xəbərdarlıq edib.

 

Şirkətdən Versus.Az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:

 

"Böyük məmnuniyyətlə diqqətinizə çatdırmaq istərdik ki, göstərdiyiniz anlayış və dəstək sayəsində biz növbəti dəfə Formula 1 çempionatının möhtəşəm yarışına ev sahibliyi etdik.

Artıq biz yarış başa çatdıqdan dərhal sonra yarış məkanında olan bütün tikililərin sökülməsi prosesinə start verdik və tezliklə birlikdə gözəl Bakımızın mərkəzi küçələrinin əvvəlki görkəminə şahid olacağıq.

 

Hazırda söküntü işlərini sürətlə davam etdiririk və bu prosesdə üzləşdiyimiz bəzi məqamlar bizi ciddi narahat etməkdədir.

Nəzərinizə çatdırmaq istərdik ki, yarış məkanına aid bütün tikililər və küçələrin ətrafına quraşdırılmış avadanlıqlar Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) şəxsi mülkiyyətindədir.

Bu əmlaka hər hansı bir şəkildə zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanununla qadağandır və buna əməl etməyənlər barəsində əlaqədar tədbirlər görüləcək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib

Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Millət vəkilinin kitabları Türkiyənin qədim Kapadokya vilayətində

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

"Bu xəbər hamımızı üzdü"

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

“Yeni müttəfiqlər axtaracağıq”

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...